Icma.az
close
up
RU
Almaniya hesab edir ki, Macarıstan Putini həbs etməlidir..?

Almaniya hesab edir ki, Macarıstan Putini həbs etməlidir..?

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qeyd edilir ki, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsi qarşısında götürdüyü öhdəliklərə bağlı olaraq qalır.

Almaniya hökuməti hesab edir ki, Macarıstan Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında mümkün görüş zamanı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) nizamnaməsinə əməl etməlidir, yəni...

SİA xəbər verir ki, bu barədə NTV telekanalı Almaniya Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən məlumat yayıb.

Sözçü qeyd edib ki, Budapeşt hökuməti məhkəmənin nizamnaməsindən çıxdığını elan etsə də, bu, gələn ilin aprelinə qədər qüvvəyə minməyəcək.

Ona görə də Rusiya prezidenti ölkəyə daxil olarsa, Macarıstan Putinin həbsinə dair orderə əməl etməyə borcludur.

Sözçü əlavə edib ki, Tramp və Putin arasında mümkün sülh danışıqları ilə bağlı istisnaların olub-olmaması Macarıstanın məhkəmədə müəyyən etməli olduğu bir məsələdir.

Bu, məhkəmənin nizamnaməsində dəqiq göstərilməyib. Macarıstan daha əvvəl bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla sammit üçün Budapeştə gələrkən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs olunacağından qorxmamalıdır. Macarıstanın BCM-dən çıxması BMT Baş katibinə bildiriş göndərildikdən bir il sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Macarıstan bu bildirişi 2 iyun 2025-ci ildə təqdim edib. Həmin vaxta qədər Macarıstan həbs qərarlarının icrası da daxil olmaqla, Beynəlxalq Cinayət Məhkəməsi qarşısında öhdəlikləri ilə bağlı qalır.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri