Icma.az
close
up
RU
ABŞ və Avropa İttifaqı tərəfindən hərbi dəstək alan Ukraynanı tam işğal etmək mümkün olmayacaq

ABŞ və Avropa İttifaqı tərəfindən hərbi dəstək alan Ukraynanı tam işğal etmək mümkün olmayacaq

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“ABŞ-da hakimiyyətə qayıtdıqdan sonra Donald Tramp faktiki olaraq Putinə Ukraynanın beş regionunu, o cümlədən Krımı müharibəni bitirmək naminə “hədiyyə” etdi. Habelə Ukraynanın NATO-ya üzvlüyünə qadağa qoydu. Putin bu ehtimalı rədd etdi”. Bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Raysinger Almaniyanın “Welt” nəşrinə müsahibəsində danışıb. “Ukraynada atəşkəs razılaşmasının əldə oluna biləcəyini nə vaxt düşünürsünüz” sualına o, Putinin müharibəni bitirmək istəmədiyinə inandığını, əks halda bununla bağlı real danışıqların artıq başlanacağını bildirib. "ABŞ prezidenti Tramp Krımı və bir neçə şərq bölgəsini, belə desək, gümüş nimçədə Putinə verdi, eyni zamanda Ukraynanın NATO-ya üzvlüyünü də istisna etdi. Bəs Putin nə edir? O, ölkəyə qarşı məhvetmə müharibəsini davam etdirir", - Meinl-Rayzer bildirib. Meinl-Rayzer qeyd edib ki, Rusiya böyük itkilər verir. “Nə vaxtsa Rusiyada tabutlar çatışmayacaq. Buna fəlakətli iqtisadi vəziyyəti də əlavə edin. Kreml üçün bu müharibəni davam etdirmək getdikcə çətinləşir. Putin bilir ki, vaxt daralır, ona görə də müharibəni belə amansız intensivliklə aparır", - Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Vladimir Putinə Krımın Rusiya ərazisi kimi tanınması və dörd bölgənin Rusiyaya güzəştə gedilməsi ilə atəşkəs, həmçinin sülhə nail olunması kimi və s. təkliflər verdi, amma Rusiya tərəfi buna razı olmadı: "Rusiya bu təklifləri qəbul etsəydi sadəcə Ukraynanın bir hissəsini işğal etmiş olacaqdı, amma öz strateji məqsədlərinə çatmış olmayacaqdı. Rusiyanın strateji məqsədləri də Ukraynanı tamamilə öz nəzarətinə almaq və geopolitik qarşıdurmada fövqəldövlət statusu əldə etməkdir. Bu səbəbdən də Rusiya tərəfi Donald Trampın bu planından imtina etdi. Rusiyanın əsas məqsədi faktiki olaraq tamamilə Ukraynanı işğal etməklə, Şərqi Avropanı və postsovet məkanını ələ keçirmək idi".

Məhəmməd Əsədullazadə

Politoloqun fikrincə, Rusiya Ukraynanı tamamilə işğal edə biməyəcək, çünki artıq Ukrayna öz silahlarını istehsal edir və ABŞ, eləcə də Qərb ciddi şəkildə Ukraynanı silahlandırır. Məhəmməd Əsədullzadə qeyd edib ki, bu səbəbdən də Rusiyanın da öz məqsədlərinə çatması da mümkün görünmür.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri