Icma.az
close
up
RU
ABŞ və Avropa Suriya məsələsində Türkiyə ilə uzlaşacaq, KalınColani görüşü... ŞƏRH

ABŞ və Avropa Suriya məsələsində Türkiyə ilə uzlaşacaq, KalınColani görüşü... ŞƏRH

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə müvəqqəti hökumətin rəhbərliyi ilə görüşüb. 

Sözügedən görüşün pərdəarxasındakı məqamlar nədən ibarətdir?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, MİT rəhbərinin Dəməşq səfəri bir neçə aspektdən mühüm hadisədir:

“İlk növbədə İbrahim Kalın Bəşər Əsəd hakimiyyətdən devrildikdən sonra Suriyanı ziyarət edən ən yüksək rütbəli xarici qonaqdır. Bu məsələ Türkiyənin bölgədə nüfuzu və Suriyanın gələcəyinin qurulması yolunda da mühüm əhəmiyyət kəsb edən məsələdir. İbrahim Kalın Türkiyənin mövqeyini Suriyanın yeni rəhbərliyinin diqqətinə çatdırıb. Təhrir əş-Şamın rəhbərliyi də Ankara ilə münasibətlərə xüsusi önəm verir. MİT rəhbəri Dəməşqə məhz onların dəvəti ilə gedib. İkinci vacib məsələ, Suriyanın yeni rəhbərliyinin özünün əsas müttəfiqi ilə bağlı artıq seçim etməsidir. Əbu Məhəmməd Əl-Colanin İbrahim Kalınla səmimi münasibəti, onun xidməti avtomobilini şəxsən idarə etməsi Suriyada hakimiyyəti ələ keçirən bu qrupun Türkiyəyə olan rəğbətindən xəbər verir. Ankaranın ilk günlərdən Əsəd rejiminə etirazını bildirərək Suriya xalqının yanında yer alması, minlərlə suriyalı qaçqına qucaq açaraq onları ölümdən xilas etməsi vəziyyəti buralara gətirib”.

Z. Əmrəliyev qeyd etdi ki, İbrahim Kalının səfərinin ana mətnini iki məsələ təşkil edir:

“Birincisi, PKK uzantısı olan YPD/PYD qruplarının Türkiyə sərhədləri ətrafında fəallığının artmasıdır. Bu, Ankaranı ciddi şəkildə narahat edir. Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun keçirdiyi əməliyyatla Menbiç və onun ətrafının terrorçulardan təmizlənməsi Türkiyənin mövqeyini möhkəmləndirdi. Ancaq rəsmi Ankara Suriyadan özünə qarşı heç bir təhdid istəmir və ölkənin terrorçu dəstələrdən tamamilə təmizlənməsini istəyir. Bu, Təhrir əş-Şam rəhbərliyinin də arzusudur. Paytaxtda mərkəzi hakimiyyəti ələ almış bu qrup ölkədə hansısa “boz zona”nın mövcudluğunu qəbul etmir. Başqa bir məsələ isə Suriyanın yenidən qurulmasıdır. 13 illik vətəndaş müharibəsi ölkənin tamamilə dağılmasına, ölkənin bütün infrastrukturunun sıradan çıxmasına səbəb olub. Yeni hökumətin əsas problemi məhz ölkənin yenidən qurulması olacaq. Bu işdə Türkiyənin dəstəyi vacibdir. Ankara Türkiyəyə sığınmış suriyalı qaçqınların evlərini təmir edərək onların köçürülməsini həyata keçirə bilər. Eyni zamanda Türkiyədən Suriyaya dönəcək şəxslər də Ankaranın gücünə güc qatacaq. Onların Türkiyə ilə çox sıx bağı var və faktiki olaraq Suriyada türk dövlətinin ən böyük dəstəkçisinə çevriləcəklər”.

Ekspert bildirdi ki, Suriyanın milli valyutası olan funtun son hadisələr fonunda dəyərdən düşməsindən sonra ölkədə türk lirəsinin əsas ödəniş vasitəsinə çevrilməsi də Ankaranın bu ölkədə tək güc olduğunu ortaya qoyur:

“Təsadüfi deyil ki, ABŞ-nin dövlət katibi Entoni Blinken də məsləhətləşmələr aparmaq üçün Ankaraya gəlir, Avropa ölkələri Suriya barədə Türkiyə ilə koordinasiyalı şəkildə çalışırlar. Artıq bütün dövlətlər Türkiyənin Suriyada qeyd-şərtsiz qalib gəldiyini təsdiq edirlər. Görünən odur ki, Suriyada yeni düzən məhz Ankaranın istəyinə uyğun şəkildə qurulacaq”.

Günay Rəsulqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri