Icma.az
close
up
RU
“ABŞ və bəzi ərəb ölkələri Hakan Fidanın təklifinə ehtiyatla yanaşır” ŞƏRH

“ABŞ və bəzi ərəb ölkələri Hakan Fidanın təklifinə ehtiyatla yanaşır” ŞƏRH

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin Zirvəsində çıxışı zamanı bildirib ki, HƏMAS Qəzzanın idarəetməsini fəstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır.

Bu barədə Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Hakan Fidanın Qəzza bölgəsində Fələstinlilər və HƏMAS-ın mərkəzi bir idarəetmədə yer alması təklifi ideal bir vəziyyət kimi qiymətləndirilə bilər:

"Lakin Amerika Birləşmiş Ştatları və İsrailin, Qəzzada HƏMAS-ın heç vaxt idarəetmədə yer almayacağı mövqeyi də unudulmamalıdır. Eyni zamanda, Misir, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Ürdün kimi bəzi ölkələrin də HƏMAS-ın Qəzzada idarəetmədə olmamasını istədikləri və bu məsələdə ikili bir yanaşma sərgilədikləri də diqqətə alınmalıdır. Bəzi Ərəb ölkələrinin, Amerika Birləşmiş Ştatları ilə qarşıdurma yaratmamaq məqsədilə Hakan Fidanın təkliflərini dəstəkləməyəcəyi və ya bu mövzuda ehtiyatlı davranacağı ehtimalı var. Ancaq Hakan Fidanın dediyi doğrudur: Qəzzanın əsas sahibləri Fələstinlilər və HƏMAS-dır. Bu səbəbdən, Hakan Fidanı dəstəkləməkdə bəzi ölkələrin tərəddüd etməsi gözlənilən bir vəziyyətdir".

Politoloqun fikrincə, ABŞ-nin İsrail ilə birgə HƏMAS-ın yer almadığı, Qəzzada texnokrat əsaslı bir idarəetmə qurmağı məqsəd qoyması, Hakan Fidanın təkliflərinin daha az dəstəklənməsinə səbəb ola bilər.

"Hakan Fidanın Qəzzada HƏMAS mərkəzli bir Fələstin idarəetməsi təklifini irəlidəki mərhələdə, bu mövzu ilə bağlı aparılacaq danışıqlar və layihələrdə Fələstinlilərin əlini gücləndirmək və HƏMAS-ın daha da kənara atılmasının qarşısını almaq məqsədilə bir açıqlama kimi qiymətləndirmək lazımdır. Türkiyənin gələcəkdəki təklifləri ilə bağlı HƏMAS-ın mərkəzi bir yerdə yerləşməsi, bu an üçün çətin görünə bilər, amma zamanla şərtlər dəyişərsə, Türkiyənin mövqeyi daha da dəstəklənə bilər. ABŞ-nin isə Qəzzada HƏMAS-ın mərkəzdən uzaqlaşdırılması müşahidə olunur", - deyə İsmail Cingöz sonlandırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri