Icma.az
close
up
RU
ABŞ və Britaniya mövqelərini itirir: Qlobal siyasətdə yeni qüvvələr üçün imkanlar açılır

ABŞ və Britaniya mövqelərini itirir: Qlobal siyasətdə yeni qüvvələr üçün imkanlar açılır

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bir vaxtlar qlobal nizamın sütunları olan ABŞ və Böyük Britaniya dərin fikir ayrılıqları və daxili problemlər səbəbindən artıq qlobal böhranların həllində birləşə bilmirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzetində dərc olunan məqalədə bildirilir.

Mövcud vəziyyətdə Vaşinqton və London daxili problemlərlə yanaşı, həm də Ukrayna və İsrail-Fələstin münaqişəsi kimi müasir böhranlara dair kəskin fərqli baxışlarla üzləşirlər. Bundan başqa, ABŞ və Böyük Britaniya mahiyyətcə ticarət müharibəsi vəziyyətindədir.

Doğrudanmı, ABŞ və Böyük Britaniya böhranların həlli istiqamətində sahib olduğu mövqeni itirib? ABŞ və Britaniyanın zəifləməsi geosiyasi aləmdə hansı ölkələrin nüfuzunu daha da artırır?

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ və Böyük Britaniya XX əsrin ikinci yarısından etibarən qlobal nizamın memarları kimi çıxış edirdilər. Lakin İkinci Dünya müharibəsindən sonra qurulan beynəlxalq institutların - BMT, NATO, Beynəlxalq Valyuta Fondu, ÜTT və digərlərinin formalaşmasında bu iki ölkənin aparıcı rolu olmuşdu.

Onun sözlərinə görə, bu gün reallıq dəyişib. Həm Vaşinqton, həm də London daxili siyasi parçalanma, iqtisadi çətinliklər və geosiyasi gərginliklər səbəbindən əvvəlki vahid mövqeyini saxlamaqda çətinlik çəkir:

"ABŞ daxilində ciddi siyasi qütbləşmə müşahidə olunur. Respublikaçılar və Demokratlar arasında Ukrayna müharibəsinə dəstəyin davam etdirilməsi məsələsində fikir ayrılıqları yaranıb. Cəmiyyətin bir hissəsi xarici müdaxilələrə sərf edilən resursların ölkə daxilində sosial və iqtisadi problemlərin həlli üçün xərclənməsini tələb edir. Bundan əlavə, ABŞ iqtisadiyyatı artım templərini qorusa da, inflyasiya, sosial bərabərsizlik ölkənin beynəlxalq məsələlərdə yekdil addım atmasına mane olur”.

Müsahibimiz qeyd edib ki, Böyük Britaniya isə "Brexit"dən sonra Avropa İttifaqı ilə inteqrasiyanın verdiyi siyasi və iqtisadi üstünlüklərdən məhrum olub:

“Bununla yanaşı, ölkə daxilində enerji böhranı, inflyasiya, miqrasiya problemləri və siyasi qeyri-sabitlik Londonun xarici siyasət təşəbbüslərinə maneə yaradır. Bir vaxtlar ABŞ-nin ən yaxın strateji müttəfiqi kimi bütün beynəlxalq məsələlərdə paralel addım atan Britaniya indi daha çox öz iqtisadi maraqlarını qorumağa və regional güc kimi mövqeyini saxlamağa çalışır".

K.Məmmədlinin fikrincə, Ukrayna müharibəsi bu fərqləri açıq şəkildə üzə çıxardı. Britaniya hələ də Kiyevə hərbi, maliyyə və diplomatik dəstəyin əsas sponsoru kimi qalır. ABŞ isə Donald Trampın prezident olmasından sonra əvvəlki kimi dəstək sərgiləmir.

Kamran Məmmədli: Vaşinqton da, London da əvvəlki vahid mövqeyini saxlamaqda çətinlik çəkir

İsrail-Fələstin məsələsində də oxşar fərqliliklər mövcuddur. Belə ki, ABŞ İsrailin təhlükəsizliyini prioritet hesab edərək açıq dəstək verir, Britaniya isə daxili ictimai təzyiqləri nəzərə alaraq balanslı mövqe tutmağa çalışır. Onun sözlərinə görə, bu, bir vaxtlar "vahid Qərb mövqeyi" kimi təqdim olunan xəttin artıq zəiflədiyini göstərir:

“Belə zəifliklər qlobal siyasətdə yeni qüvvələr üçün imkanlar açır. Çin artıq yalnız iqtisadi güc mərkəzi deyil, həm də diplomatik vasitəçi kimi nüfuzunu artırır. "Bir Kəmər, Bir Yol" təşəbbüsü, Afrika və Latın Amerikasında artan təsir, BRICS çərçivəsində genişlənmə Pekini yeni qlobal oyunçuya çevirir. Rusiya bütün sanksiyalara baxmayaraq, hərbi güc və enerji resursları sayəsində hələ də beynəlxalq gündəmi formalaşdıran aktorlardan biridir. Hindistan isə sürətli iqtisadi artımı, demoqrafik üstünlükləri və balanslaşdırılmış xarici siyasəti ilə “qlobal Cənub”un sözçüsünə çevrilir.

Bununla yanaşı, Körfəz ölkələri də yeni reallıqda daha müstəqil siyasət yürüdür. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri həm enerji bazarının idarə olunmasında, həm də diplomatik təşəbbüslərdə daha fəal iştirak edir. Türkiyə də regional böhranlarda vasitəçi kimi mövqelərini gücləndirməkdədir".

Müsahibimiz vurulayıb ki, ABŞ və Britaniya tamamilə təsirini itirməsə də, əvvəlki "yeganə güc mərkəzləri" statusundan uzaqlaşıblar:

"Bu proses beynəlxalq münasibətləri çoxqütblü modelə yaxınlaşdırır. Yeni dünya ölkələri artıq yalnız Vaşinqton və London ilə deyil, müxtəlif regionlardan fərqli aktorlar - Çin, Rusiya, Hindistan, Körfəz ölkələri və Türkiyə ilə hesablaşır və onların maraqlarını nəzərə alır".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri