Icma.az
close
up
RU
Azərbaycan üçün yeni imkanlar açılır

Azərbaycan üçün yeni imkanlar açılır

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Prezident Ilham Aliyev türkmənistanlı həmkarına rəsmi Bakının Mərkəzi Asiya birliyinə qoşulmaq təşəbbüsünə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. Məktubun ümumi tonuna nəzər saldıqda aydın olur ki, rəsmi Bakı Qafqaz regionunda yerləşsə də, Mərkəzi Asiya ilə ortaq tarix və mədəni əlaqələr əsasında formalaşan münasibətlərini yeni format çərçivəsində strateji müttəfiqlik səviyyəsinə qaldırmağı planlaşdırır. Mərkəzi Asiya birliyinə qoşulmaqla Azərbaycan yalnız iştirakçı deyil, həm də Mərkəzi Asiya ilə Avropa, ABŞ və Yaxın Şərq arasında strateji əlaqələrin qurulması və dərinləşdirilməsi üçün həm əlaqələrini, həm də infrastrukturunu paylaşmağa hazır olduğunu bəyan edir. Prezident İlham Əliyevin #Türkmənistan Prezidentinə məktubu yalnız təşəkkür tonunda deyil, eyni zamanda iki tərəfli və çox tərəfli formatların qarşıdakı dövr üçün gündəliyini müəyyən edən bir sənəddir.
Yaxın müddətdə iqtisadiyyat, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə yeni iki tərəfli və çox tərəfli layihələrin gündəmə gələcəyi gözlənilir. Xüsusilə #Özbəkistan–Türkmənistan–Azərbaycan xətti üzrə yeni nəqliyyat dəhlizinin formalaşdırılması geniş şəkildə müzakirə olunur. Eyni zamanda Türkmənistan və Özbəkistan arasında sərhədyanı ərazidə azad ticarət zonasının yaradılması ilə bağlı əldə edilən razılaşma #Azərbaycan üçün də yeni imkanlar açır. Bu, Azərbaycan istehsalçılarına həmin ərazidə həm Türkmənistan, həm də Özbəkistanla daha rahat ticarət aparmaq imkanı verir ki, bu da ixracın genişlənməsi deməkdir.
Prezident İlham Əliyevin məktubda “uzunmüddətli və ardıcıl inkişaf” və “regional sabitlik” ifadələrinə xüsusi diqqət yetirməsi Azərbaycan–Türkmənistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi barədə mesajdır. Bu, #Xəzər hövzəsində yeni enerji layihələrinin birgə icrasının effektivliyini artıran mühüm bir məqamdır.
Tərəflər milli maraqlarını uzlaşdırmaqla birlikdə irəliləmək üçün unikal bir şans əldə edirlər. Son iki ildə Azərbaycan–Türkmənistan münasibətlərində müşahidə edilən istiləşmə tərəflər arasında etibarlı dialoq kanallarının qurulmasından xəbər verir. Bu kanalın formalaşmasında Türkmənistanın milli lideri Qurbanqulu Berdımühəmmədovla Prezident İlham Əliyev arasındakı yüksək səviyyəli münasibətlərin xüsusi rolu var.
Beləliklə, Qurbanqulu Berdımühəmmədovun Azərbaycan Prezidentinə, eləcə də Prezident İlham Əliyevin həm Türkmənistan Prezidenti Sərdar Berdımühəmmədova, həm də Türkmən xalqının lideri Qurbanqulu Berdımühəmmədova ünvanladığı məktublar yeni əməkdaşlıq mərhələsinə start siqnalı verir.
Aqil Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri