ABŞ və Çin arasında Venesuela davası Amerikalı nazir Pekinə XƏBƏRDARLIQ EDİB
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Venesuela üzərində Çinin nəzarət əldə etməsinə yol verməyəcək.
BAKU.WS-in məlumtına görə, barədə ABŞ-nin energetika naziri Kris Rайт "Fox Business" telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Çin bir çox hallarda "məkrli məqsədlər" güdür və müxtəlif ölkələrlə münasibətlərində maliyyə alətlərindən təsir mexanizmi kimi istifadə edir.
O qeyd edib ki, Pekin "son instansiya kreditoru" rolunda çıxış edərək ölkələri özündən asılı vəziyyətə salır və nəticədə həmin dövlətlər üzərində ciddi nəzarət imkanları qazanır.
"Onlar son ümid kreditoru kimi çıxış edərək ölkə üzərində böyük nəzarət əldə etməyə çalışırlar. Biz bu ssenarinin Venesuelada reallaşmasına imkan verməyəcəyik", – deyə ABŞ-nin energetika naziri vurğulayıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya qarşı hərbi əməliyyat həyata keçirib. Hücumlar paytaxt Karakasda və Fort-Tiuna hərbi bazasında partlayışlarla müşayiət olunub. Əməliyyatdan sonra ABŞ prezidenti Donald Tramp onu "uğurlu" adlandırıb və bəyan edib ki, Amerika hərbçiləri Venesuela prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını ələ keçiriblər. Tramp bildirib ki, Maduro artıq prezident deyil və hakimiyyət "hakimiyyətin ötürülməsinə qədər" ABŞ-nin nəzarəti altına keçir.
Daha sonra Donald Tramp açıqlayıb ki, ABŞ Venesuelanın resurslarından istifadə etməklə dünya bazarında neft qiymətlərini aşağı salmağı planlaşdırır. Onun sözlərinə görə, bu addım eyni zamanda Venesuela iqtisadiyyatının bərpasına da töhfə verə bilər.
Mütəxəssislərin fikrincə, Vaşinqtonun Venesuela ilə bağlı sərt mövqeyi təkcə bu ölkənin daxili siyasi vəziyyəti ilə deyil, həm də Latın Amerikasında Çin təsirinin artması ilə bağlıdır. Son illər Çin Venesuelaya milyardlarla dollar kredit ayırıb və enerji sektorunda mühüm layihələrdə iştirak edib. ABŞ administrasiyası isə bunu strateji risk kimi qiymətləndirir və regionda öz təsir imkanlarını qorumağa çalışır.
Beynəlxalq analitiklər hesab edirlər ki, Venesuela ətrafında baş verən son hadisələr qlobal güclər arasında enerji resursları və geosiyasi təsir uğrunda mübarizənin yeni mərhələyə keçdiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 Yanvar 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















