Icma.az
close
up
RU
Trampdan Pekinə XƏBƏRDARLIQ: ABŞ Çin mübarizəsi daha da kəskinləşib

Trampdan Pekinə XƏBƏRDARLIQ: ABŞ Çin mübarizəsi daha da kəskinləşib

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Tramp Pekinin ABŞ-nin tariflərinə qarşı cavab tədbirlərini ləğv etmək barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, açıqlamasında "Çin 8 aprel 2025-ci il tarixinə qədər onsuz da uzun müddətli ticarət sui-istifadələrindən yuxarı olan 34% artımını geri götürməsə, ABŞ aprelin 9-dan etibarən Çinə 50% əlavə rüsumlar tətbiq edəcək. Bundan əlavə Çinlə onların bizimlə tələb olunan görüşləri ilə bağlı bütün danışıqlar dayandırılacaq" fikirlərini söyləyib.

Maraqlıdır ki, Çin qərarından dönməsə, ABŞ-Çin münasibətlərindəki gərginlik hansı səviyyəyə qədər davam edə bilər?

Mövzu ilə bağlı politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ və Çin arasındakı münasibətlər hər zaman gərgin olub. Tərəflər dünyanın ağası olmaq uğrunda mübarizə aparıblar.

Politoloq bildirib ki, iki ölkə arasındakı mübarizə son vaxtlar daha da kəskinləşib:

"Bu gün ABŞ-nin dünyada üç əsas rəqibi var: Rusiya, İran və Çin. ABŞ başa düşür ki, Rusiya və İranın arxasında dayanan Çindir. Ona görə də bu iki ölkənin zəiflədilməsi İran və Rusiya təhlükəsinin aradan qalxmasına səbəb olacaq. Sadəcə olaraq ABŞ Çin ilə birbaşa toqquşmaya getmək istəmir. Çünki bu hərbi toqquşma dünya ölkələri üçün çox ciddi fəlakət vəd edir. Bu, Rusiya-Ukrayna müharibəsinə bənzəməyəcək və birbaşa Üçüncü Dünya Müharibəsinə çevriləcək. Buna baxmayaraq, Çin və ABŞ geri çəkilmək istəmir. Odur ki, tərəflər iqtisadi müharibələrdən istifadə edərək, bir-birini iqtisadi cəhətdən zəiflətməyə çalışır".

Kənan Novruzov: Rusiya müəyyən mənada ABŞ-Çin gərginliyinin səngiməsinə çalışa bilər

K.Novruzov vurğulayıb ki, əslində tarif artımı iqtisadi həmlədir. Pekinin sözügedən addımı cavabsız qalmamalı idi. ABŞ-nin adekvat cavab verəcəyi gözlənilən idi və artıq Pekini açıq şəkildə hədələyib.

"Perpesktivdə 50 faizlik rüsumun tətbiq olunması gözləniləndir. Lakin bu addım tərəflər arasındakı münasibəti daha da gərginləşdirəcək. Çin daha radikal addımlar ata bilər. Bu fonda ABŞ və Çinin yaxın vaxtlarda ortaq dil tapacağı real görünmür. ABŞ-Rusiya münasibətlərinin normallaşması fonunda bəlkə Rusiya müəyyən mənada ABŞ-Çin gərginliyinin səngiməsinə çalışa bilər. Çünki Rusiya ilə Çinin yaxşı münasibətləri var", - deyə müsahibimiz əlavə edib.

Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumu tətbiq edib. Çinə qarşı isə Amerika tarifləri 34 % səviyyəsində müəyyən edilib. ABŞ-ın bu qərarına cavab olaraq, Çin hökuməti aprelin 10-dan etibarən Amerikadan idxal edilən bütün məhsullara 34 % əlavə rüsum tətbiq edəcəyini açıqlayıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Aprel 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri