Icma.az
close
up
RU
ABŞ və Çin ticarət mübahisəsini həll edə bilməsələr...

ABŞ və Çin ticarət mübahisəsini həll edə bilməsələr...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Çin bu il noyabrın 1-dən etibarən idxal rüsumlarını 155 % səviyyəsində ödəyəcək

ABŞ-Çin münasibətlərində gərginlik hələ də qalır, baxmayaraq ki, ABŞ Prezidenti Tramp deyib ki, ABŞ və Çin yaxşı razılaşma əldə edə bilər.

“Düşünürəm ki, Çinlə yaxşı bir razılaşma əldə edəcəyik. Onlar razılaşma istəyirlər, biz də razılaşma istəyirik və görüşməyə razılaşmışıq”, - Tramp bildirib.

Qeyd edək ki, Donald Trampın Çin lideri Si Szinpinlə görüşü gözlənilir.

ABŞ-ın maliyyə naziri Skott Bessentin fikrincə, çox güman ki, Çinə 100 faizlik tariflər tətbiq etməyəcəyik.

O, Malayziyada Çinlə ticarət danışıqlarını müsbət qiymətləndirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Szinpinin görüşü öncəsi Malayziyada iki ölkə arasında oktyabrın 27-də ticarət sazişinin imzalanması üzrə razılıq əldə olunub.

"The Washington Post" qəzeti mənbələrə istinadən bildirib ki, ABŞ Prezidenti Donald Tramp Çin ilə ticarət sazişi bağlamağa çalışdığı üçün Tayvana təxminən 400 milyon dollar məbləğində hərbi yardımın göndərilməsini təsdiqləməyib.

Nəşr qeyd edib ki, Tramp administrasiyası Pekinlə münasibətləri yumşaltmağa çalışır. Bundan əlavə, ABŞ təmənnasız yardım göstərməyə hazır deyil.

Ağ Evin nümayəndəsi dəqiqləşdirib ki, Tayvana hərbi təchizatın göndərilməsindən imtina qərarı “qəti deyil” və yenidən nəzərdən keçirilə bilər.

Digər tərəfdən isə ABŞ Çinə təzyiqlərinə ara vermək fikrində deyil. “Voll Strit Jurnal” yazır ki, ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrini yeniləmək və onu Qızıl Donanmaya çevirmək istəyir.

Nəşr qeyd edir ki, Ağ Ev və Hərbi Dəniz Qüvvələrinin rəsmiləri mövcud donanmanın Çinə və potensial təhlükələrə qarşı daha yenisi ilə əvəzlənməsi imkanlarını müzakirə edirlər. Hazırda müzakirələr ilkin mərhələdədir və danışıqlarda Tramp da iştirak edir.

Jurnal əlavə olaraq bildirib ki, sözügedən “Qızıl Donanma”ya uzaqmənzilli raketlərlə silahlanmış iri hərbi gəmilərin daxil olacağı gözlənilir.

Bundan əlavə, Ağ Ev və Pentaqon hipersəs raketləri daşıya bilən yeni, ağır zirehli gəmi yaratmaq üçün danışıqlara başlayıb. Vaşinqton donanmaya 280-300 gəmi, eləcə də “çox sayda pilotsuz gəmi” daxil etməyi planlaşdırır.

Planın nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilməyib.

Oktyabrın 20-də isə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqton və Pekin arasında ticarət münaqişəsi fonunda ABŞ Çinə təyyarə hissələri tədarükünü dayandıra bilər.

"Onlar bizi nadir yeraltı elementlərlə hədələdilər, mən də onları tariflərlə hədələdim, amma daha çox şeylə, məsələn, təyyarələrlə təhdid edə bilərdim. Təyyarələrlə bağlı durumu bilirsiniz, onlar öz təyyarələri üçün ehtiyat hissələr tapa bilmirlər. Biz onların təyyarələrini qururuq. Biz əla iş görürük. Əsasən "Boeing" təyyarələri tədarük edirik və ümumiyyətlə, biz ehtiyat hissələrin tədarükünü dayandıra bilərik", - o deyib.

Tramp əlavə edib ki, tərəflər ticarət mübahisəsini həll edə bilməsələr, Çin bu il noyabrın 1-dən etibarən idxal rüsumlarını 155 % səviyyəsində ödəyəcək.

Bəs hazırkı geosiyasi şərtlər fonunda ABŞ-Çin münasibətlərində yumşalma mümkündürmü? Bu istiqamətdə politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“ABŞ-Çin münasibətlərində yumşalma mümkündür”

Politoloq Elman Telmanoğlu qeyd edib ki, hazırkı geosiyasi şəraitdə ABŞ-Çin münasibətlərində müəyyən dərəcədə yumşalma mümkündür, lakin bu proses dərin və davamlı ola bilməz: “Tramp administrasiyasının Tayvana hərbi yardım məsələsini dondurması Pekinlə ticarət sazişi imzalamaq və iqtisadi münasibətləri sabitləşdirmək cəhdinin göstəricisidir. Burda əsas məsələ hərbi yardımın dondurulması (tam dayandırılmasından getmir söhbət), bu isə gələcəkdə yenidən

siyasi və iqtisadi təzyiq vasitəsinin işə düşməsi deməkdir. Lakin Tayvan Cənubi Çin dənizi, yüksək texnologiyalar və geosiyasi nüfuz uğrunda rəqabət, tərəflər arasında fundamental ziddiyyət olaraq qalır”.

“Bu münasibətlər “idarə olunan rəqabət” çərçivəsində davam edəcək”

E.Telmanoğlunun bildirdiyinə görə, ABŞ üçün Çinə qarşı sərt mövqeni tam yumşaltmaq daxili siyasi müstəvidə də risklidir: “Ona görə də yaxın perspektivdə münasibətlər “idarə olunan rəqabət” çərçivəsində davam edəcək, yəni iqtisadi dialoqda güzəştlər olsa da, strateji sahələrdə qarşıdurma və qarşılıqlı etimadsızlıq qalacaq. Bu isə nəticə olaraq onu göstərir ki, ABŞ-Çin münasibətlərinin tam stabilləşməsi yaxın gələcək siyasi üfüqində görsənmir”.

“ABŞ-Çin münasibətlərində yumşalma potensialı mövcuddur”

Politoloq Tural İsmayılov deyib ki, ABŞ-Çin münasibətlərindəki yeni dinamika geosiyasi balansda mühüm dönüş nöqtəsini təmsil edir: “Tramp administrasiyasının 400 milyon dollar həcmində Tayvan hərbi yardımını təsdiq etməməsi praktik realpolitikanın nümunəsidir. Bu qərar Donald Trampın "America First" konsepsiyasının regiondakı tətbiqi kimi qiymətləndirilə bilər və ABŞ-nin xarici siyasətində köklü dəyişikliyin əlamətini verir”.

T.İsmayılov qeyd edib ki, ABŞ-Çin münasibətlərində yumşalma potensialı mövcuddur, lakin bu proses bir sıra şərtlərlə məhdudlaşır: “İlk növbədə, Tayvan məsələsi Çinin "bir Çin prinsipi"nin əsas komponenti olaraq qalmaqdadır. Tramp administrasiyasının bu sahədə göstərdiyi çevik yanaşma Pekinlə dialoq üçün əlverişli şərait yaradır və qarşılıqlı etimada əsaslanan yeni formatlı münasibətlərin qurulmasına imkan açır”.

“Bu, Çinin artan nüfuzunu qismən etiraf etmək mənasını da daşıyır”

Politoloqun sözlərinə görə, ticarət danışıqlarının prioritetləşdirilməsi ABŞ-nin iqtisadi maraqlarının geopolitik gərginlik üzərində üstünlük təşkil etdiyini göstərir: “Trampın Tayvanın müdafiəsini özü maliyyələşdirə biləcəyi qənaəti regiondakı təhlükəsizlik balansını yenidən formalaşdırır və ABŞ-nin hərbi öhdəliklərinin yükünü azaltmaq cəhdini əks etdirir. Bu yanaşma eyni zamanda regional güc balansında Çinin artan nüfuzunu qismən etiraf etmək mənasını da daşıyır”.

“ABŞ-Çin münasibətlərində struktur dəyişiklik baş verir”

O həmçinin əlavə edib ki, indiki mərhələdə ABŞ-Çin münasibətlərində struktur dəyişik baş verir: “İki böyük güc arasında iqtisadi əməkdaşlığın diplomatik gərginlik üzərində prioritetləşdirilməsi mümkün görünür. Trampın biznes mənşəli düşüncəsi geopolitik rəqabəti iqtisadi məntiqə tabe etmək istəyini göstərir. Bu kontekstdə Çinin layihələri ilə ABŞ infrastruktur planları arasında müəyyən koordinasiya əldə edilə bilər”.

“Pentaqon Çin təhdidinin böyüdülməsində maraqlıdır”

Politoloq bildirib ki, hərbi-sənaye kompleksinin maraqları isə bu yumşalma prosesinin əsas maneəsidir: “Pentaqon və müdafiə kontraktorları Çin təhdidinin böyüdülməsində maraqlıdırlar. Lakin Trampın ticarət prioritetləri bu təsirlərə qarşı durmağa imkan verir. Tayvan məsələsində ABŞ-nin əvvəlki qəti mövqeyindən çəkilməsi adanın özünümüdafiə strategiyasını yenidən nəzərdən keçirməyə məcbur edir. Bu vəziyyət Tayvan liderliyi üçün Pekinlə birbaşa dialoq perspektivlərini açır”.

“Pekin yumşaq güc metodlarına üstünlük verməlidir”

T.İsmayılovun söylədiyinə görə, regional balans baxımından Yaponiya və Cənubi Koreya ABŞ-nin Tayvan sahillərində azalan iştirakından narahatdır: “Bu ölkələr öz hərbi potensiallarını artırmağa məcbur olacaqlar. Çinin Si Cinpin administrasiyası bu fürsəti "Çin yuxusu"nun reallaşdırılması üçün istifadə edə bilər. Lakin Pekin də həddindən artıq iddialı olmamaqla yumşaq güc metodlarına üstünlük verməlidir. Nəticə etibarilə, hazırki geosiyasi şəraitdə ABŞ-Çin yumşalması mümkündür, lakin bu proses həm daxili siyasi dinamikadan, həm də beynəlxalq konjonkturdan asılıdır. Qarşılıqlı iqtisadi fayda prinsipi regionda uzunmüddətli sabitliyin təməlini təşkil edə bilər”.

“Bu, ABŞ-ni yardımlar məsələsindən azad etmək fəaliyyətidir”

Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, Trampın bu davranışı Çinlə ticarət sazişi bağlamaq məsələsindən daha çox hansısa hərbi və digər yardımlarla ABŞ-ni yardımlar məsələsindən azad etmək fəaliyyətidir: “Yəni ABŞ artıq Ukraynaya da yardım göstərilməsi məsələlərindən imtina edir. Deyir ki, silahları mən verim, pulunu Avropa ödəsin. Böyük ehtimal Tayvana da yanaşma bu şəkildədir. Yəqin ki, ABŞ-nin Çinlə ticarət sazişini də ABŞ-nin üstünlüyü ilə bağlamaq istəyir”.

“ABŞ Çindən daha çox qazanmaq düşüncəsilə davranmağa çalışır”

M.Göyüşlünün bildirdiyinə görə, burada ABŞ Çindən daha çox qazanmaq düşüncəsilə davranmağa çalışır: “Bu da gözləniləcək və baş verə biləcək məsələ deyil. Çin bu proseslərin ABŞ-nin üstünlüyü ilə olmasını qəbul etmir. Məsələlər bundan ibarətdir və Tayvana hərbi təchizat göndərməsindən imtina qərarı da artıq ABŞ-nin təmannasız yardımlardan imtina etmək davranışıdır. Yəni kimə ki nə qədər yardım olunacaqdı o yardım olunmasın, onlar pulunu ödəsin, qarşılığını versinlər və daha çox ABŞ üçün addımlar ataq, ABŞ-ni iqtisadi cəhətdən gücləndirək. Trampın siyasəti əsasən və ümumən bundan ibarətdir. Yəni ABŞ-nin öz içərisinə qapanaraq ABŞ-ni gücləndirmək. Düşünürəm ki, ABŞ Prezidentinin davranışı bununla bağlıdır”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Oktyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see267

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see211

Çempionlar Liqasının qalibi penaltilər seriyasında müəyyən olacaq CANLI

30 May 2026 22:52see193

Qəzza sakinlərinin köçürülməsinə Türkiyədən CAVAB

30 May 2026 22:33see189

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see181

Xankəndidə möhtəşəm atəşfəşanlıq yaşandı FOTO

30 May 2026 23:09see178

Premyer liqadan çempionşipə üz tutacaq

31 May 2026 09:06see177

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see174

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see173

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see172

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see170

ABŞ müttəfiqlərlə münasibətləri maraqlar əsasında quracağını açıqlayıb

31 May 2026 06:23see170

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see169

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı uşaqlar üçün “Balaca şahzadə” tamaşasını təqdim edəcək

31 May 2026 13:29see169

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see169

Barmaqda sıxışıb qalan üzüyü necə çıxarmaq olar? Ev üsulu

31 May 2026 05:26see164

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see162

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see162

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see148

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri