Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

ABŞ və Çin ticarət müharibəsi qlobal iqtisadiyyata necə təsir edir?

ABŞ və Çin ticarət müharibəsi qlobal iqtisadiyyata necə təsir edir?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ və Çin arasında ticarət münasibətlərində gərginliyin yeni dalğası və regional banklardakı problemli kreditlərlə bağlı narahatlıqlar daha çox Amerikanın və dünyanın bir nömrəli tədavül aləti olan dollara təsir göstərməkdədir. Baş verən situasiyalar beynəlxalq birjalarda dollar üzərində təzyiqi bir qədər də artırıb. Oktyabrın 17-də avro və dollar cütlüyü arasında davam edən məzənnə dəyişikliyi bir neçə bənd də yüksələrək bir dolların 1,1715 avro səviyyəsinədək yüksəlməsinə səbəb olub. İngilis funtu isə ABŞ pulu qarşısında yeni dəyər qazanmaqla həftənin əvvəlindəki 1,3389 həddindən 1,3458 həddinə kimi yüksəlib. Dolların zəifləməsi “etibarlı liman” maliyyə aləti adlandırılan qızıla tələbi isə daha da artırıb və dəyərli metal kəskin şəkildə bahalaşmaqdadır. Ötən gün birjalarda qızılın unsiyası 4379 dollar səviyyəsinə qədər yüksələrək mövqeyini bir qədər də möhkəmləndirib. “Bank of America”nın analitikləri 2026-cı il üçün qızıl üzrə proqnozlarını hər unsiyaya görə 5000 dollara qaldırıblar.

Dollar ucuzlaşır, FES-in narahatlığı artır

Mövcud vəziyyət ABŞ-da bank icması tərəfindən narahatlıqlarla qarşılanmaqdadır və ölkənin Mərkəzi Bankı funksiyasını icra edən Federal Ehtiyatlar Sisteminin (FES) İdarə Heyətinin üzvü Stiven Miran bildirib ki, ticarət gərginliyi ABŞ iqtisadiyyatında qeyri-müəyyənliyi artırır və iqtisadi artım üçün riskləri gücləndirir. Qeyd edib ki, əgər pul-kredit siyasəti indiki kimi məhdudlaşdırıcı qalarsa və iqtisadiyyata bu cür şok təsir edərsə, həmin təsirin mənfi nəticələri daha da dərinləşəcək.

S.Miran əlavə edib ki, oktyabrın 28-29-da FES-in iclası keçiriləcək və faiz dərəcəsinin 50 baza bəndi azaldılması təşəbbüsü ilə çıxış edəcək, ancaq o, bunun baş verəcəyini az ehtimal etdiyini də gizlətməyib.

FES-in İdarə Heyətinin digər üzvü Kristofer Voller isə vurğulayıb ki, ABŞ iqtisadiyyatı ilə bağlı qarışıq siqnalları nəzərə alaraq, faiz dərəcəsinin 50 baza bəndi azaldılmasını dəstəkləmək düzgün olmazdı. Çünki son dəfə sentyabrda uçot dərəcələri 25 baza bəndi azaldılıb, son bir ayda nəzərəçarpacaq iqtisadi canlanma hiss edilmir, hətta əmək bazarında zəifləmə əlamətləri görünür. FES-in sədri Cerom Pauellin Filadelfiyada keçirilən Milli Biznes İqtisadiyyatı Assosiasiyasının (NABE) tədbirində çıxışı zamanı verdiyi mesajlar isə biznes icmasında sanki şok yaşadıb. O,  əmək bazarındakı vəziyyətin bir qədər pisləşdiyini qeyd edərək biznes fəallığına təsirlərlə bağlı yaxşı proqnozlar verməyib. Buna baxmayaraq, FES rəsmiləri Amerikanın iqtisadi artımının güclü olduğunu etiraf edərək pul-kredit siyasətinin yumşaldıcı dəhlizdə saxlanılmasını vacib sayırlar. Bunlara rəğmən, Mərkəzi Bankın idarəedici strukturları ABŞ-da hökumətin maliyyələşdirmə problemlərinə görə fəaliyyətində dayanmaların olduğunu, “şatdaun”un (durğunluq) davam etdiyini xatırladaraq son dövlətin bank-maliyyə statistikasının dərcinin təxirə salındığını etiraf edirlər. Xeyli müddətdir ki, sənaye sektorunda istehsal həcmi göstəriciləri bazar iştirakçılarına təsdim olunmur ki, bu da səhmdarlar üçün narahatlıqları artırır.

Amerika bankları mənfəətlərini artırmaqda davam edir

ABŞ və Çin arasında ticarət münasibətlərinin dinamikasını xüsusi diqqətlə izləyən investorlar ölkədə ümumi istehlak xərclərinin azalmasını, qiymətlərin isə artmağa davam etdiyini, hətta bəzi rayonlar üzrə resurs xərclərinin daha sürətli artımının qeydə alındığını nəzərə alaraq sərmayə planlaşdırmasında tərəddüdlər yaşadıqlarını bildirilər. Məsələ ondadır ki, dolların ucuzlaşması, səhm və qızılın, blokçeynlərin bahalaşması ABŞ-ın iri banklarının mənfəətlərini artırmaqdadır. Ölkənin ən iri maliyyə qruplarından biri olan “Citigroup Inc.”in səhmləri 3,9 faiz bahalaşıb. Bankın xalis mənfəəti 15,9 faiz, gəlirləri isə 9,3 faiz artaraq proqnozları üstələyib.

“JPMorgan Chase & Co.” İsə xalis mənfəətini 12 faiz artırıb. “Goldman Sachs Group”un xalis mənfəəti 39 faiz artıb. Dünyanın idarə olunan aktivlər həcminə görə ən böyük investisiya şirkəti olan “BlackRock”un səhmləri 3,4 faiz dəyər qazanıb, mənfəət və gəlir göstəriciləri isə bazar gözləntilərindən daha yaxşı nəticə göstərib. Belə ki, şirkət 2025-ci ilin üçüncü rübündə gəlirlərini 25 faiz artırmağa nail olub. Banklar mənfəətlə davam etsə də, Amerikada maliyyə şirkətləri gəlir əldə edə bilməyib, ABŞ valyutasının və fond indekslərinin zəifləməsi onlara mənfi təsir göstərib.

Avrozonada iqtisadi inkişaf indeksi aşağı düşüb

ABŞ-da baş verən iqtisadi proseslər dünya iqtisadiyyatının digər coğrafiyalarını da təsir altına almaqdadır. Bir neçə gün əvvəl açıqlanan məlumatlara əsasən, Avrozonada sənaye sektorunda istehsal həcmi əvvəlki aya nisbətən 1,2 faiz azalıb. Yaponiya da eyni göstərici 1,5 faiz geriləyib. Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin prezidenti Axim Vambax bildirib ki, qlobal qeyri-müəyyənliyin davam etməsi investorların dövlət investisiya proqramının həyata keçirilməsinə dəstək verməsini çətinləşdirir. Oktyabr ayının birinci yarısında Avrozonada metal emalı, əczaçılıq və maşınqayırma sənayelərində vəziyyət yaxşılaşsa da, avtomobil və qida sənayesində göstəricilər pisləşib. Avrozona üzrə İqtisadi İnkişaf Proqnozu İndeksi (İİPİ oktyabrda 3,4 bənd azalaraq 22,7 bəndə enib. Vambaxın fikrincə, maliyyə bazarı ekspertləri cari vəziyyətdəki dinamikanın enəcəyini, yalnız ortamüddətli dövrdə iqtisadi canlanmanın baş verəcəyini proqnozlaşdırırlar.

ELBRUS

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:329
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Oktyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri