ABŞ və İran arasında razılaşma əldə edildi, rəsmi imzalanma 19 iyunda İsveçrədə olacaq KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“ABŞ və İran arasında razılaşma əldə edilib və rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək”.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.
“İntensiv danışıqlardan sonra ABŞ və İran arasında sülh müqaviləsi üçün razılıq əldə edildiyini elan etməkdən məmnunuq. Hər iki tərəf Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edir. Rəsmi imzalanma mərasimi 19 iyun cümə günü İsveçrədə keçiriləcək. Sazişin qüvvəyə minməsi ilə vasitəçilər bu həftə bir sıra görüşlər təşkil edəcəklər. Münaqişənin diplomatik həllinin tapılmasına sadiq olduqları üçün ABŞ və İrana təşəkkür edirik”, – Baş nazir əlavə edib.
O, Vaşinqton və Tehran arasında razılığa gəlməkdə göstərdiyi dəstəyə görə Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərliyinə də təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















