Icma.az
close
up
RU
ABŞ və İsrail arasında “casusluq qalmaqalı”

ABŞ və İsrail arasında “casusluq qalmaqalı”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ və İsrail arasında kəşfiyyat sahəsində gərginlik yaşandığına dair iddialar gündəmə gəlib. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrailin ABŞ-yə qarşı casusluq fəaliyyətinin artmasından narahatdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilir ki, adı açıqlanmayan üç keçmiş ABŞ rəsmisi Pentaqon daxilində İsrailin kəşfiyyat fəaliyyəti ilə bağlı narahatlığın artdığını iddia edib.

İddialara görə, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyat İdarəsi (DİA) İsrailə qarşı əks-kəşfiyyat təhdid səviyyəsini ən yüksək – “kritik” səviyyəyə qaldırıb. Bu qərar ABŞ-İsrail-İran xəttində artan gərginlik və Vaşinqtonun təhlükəsizlik qiymətləndirmələri çərçivəsində qəbul edilib.

Mənbələrin iddiasına görə, yeni qiymətləndirmədə İsrailin ABŞ daxilində siyasi və hərbi qərarvermə prosesləri barədə məlumat toplamağa çalışdığı, yüksəkvəzifəli rəsmilərin izlənməsinə dair fəaliyyətlərin də qeyd olunduğu bildirilir.

Rəsmilər həmçinin İsrailin insan resursları və texniki kəşfiyyat imkanlarının Müdafiə Kəşfiyyat İdarəsi (DİA) tərəfindən “kritik səviyyədə” qiymətləndirildiyini iddia ediblər. Sənəddə “ABŞ-nin narahatlığını artıran bir sıra insidentlərə” istinad edildiyi qeyd olunur.

İddialarda İsrailin kəşfiyyat fəaliyyətinin “ənənəvi casusluq çərçivəsindən kənara çıxdığı” da vurğulanır.

Ağ Ev isə yayılan məlumatları rədd edərək, “bütün bu hesabatlar əsassızdır” bəyanatını verib. Pentaqon isə məsələyə münasibət bildirməkdən imtina edib.

Vaşinqtondakı İsrail səfirliyinin sözçüsü də ittihamları təkzib edərək, İsrailin ABŞ-yə qarşı casusluq fəaliyyəti göstərməsi iddialarının “tamamilə əsassız” olduğunu bildirib.

“The New York Times” nəşrinin məlumatına görə, iddia olunan kəşfiyyat fəaliyyətləri, əsasən, ABŞ-nin İranla bağlı siyasəti və danışıqlar prosesinə yönəlib. Bildirilir ki, hədəf kimi ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, eləcə də, Pentaqon rəsmiləri göstərilir.

Eyni zamanda, bəzi keçmiş rəsmilər Tramp administrasiyasında təhlükəsizlik məsələlərinin şəxsi cihazlar və qeyri-rəsmi kommunikasiya vasitələri üzərindən aparılmasının kəşfiyyat risklərini artırdığını iddia ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 İyun 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri