Yunanıstan ordusunda casusluq qalmaqalı
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yunanıstanda Hərbi Hava Qüvvələrinin bir hərbi qulluqçusu xarici dövlətə kəşfiyyat məlumatları ötürməkdə şübhəli bilinərək saxlanılıb. Məlumata görə, söhbət ABŞ-ın əsas rəqiblərindən sayılan Çin ilə əlaqələrdən gedir.
Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın nüfuzlu "Kathimerini" nəşri məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, saxlanılan şəxs mühüm vəzifə tutub. Bəzi xarici KİV-lərin iddiasına görə, o, Yunanıstan Hərbi Hava Qüvvələrində polkovnik rütbəsində xidmət edib və casus şəbəkəsi yaratmaq məqsədilə digər hərbçiləri də ələ almağa cəhd göstərib.
Şübhəli şəxs bir neçə ay ərzində Yunanıstan Milli Kəşfiyyat Xidmətinin nəzarəti altında olub. Bildirilir ki, onun fəaliyyətində ciddi aktivləşmə müşahidə edildikdən sonra təhlükəsizlik orqanları müdaxilə edib.
İstintaqın versiyasına əsasən, bu aktivlik ötürülən məlumatların həcminin artması və həmkar hərbçilərdən məxfi sənədlərə çıxış istəməsi ilə özünü göstərib. Rəsmi şəxslər sızdırılan informasiyanın ölkənin milli təhlükəsizliyi üçün risk yarada biləcəyini bildirirlər.
Sızdırıldığı iddia edilən materialların dəqiq məzmunu və məlumatların kimlərə çatdırıldığı hələlik açıqlanmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 06 Fevral 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















