Icma.az
close
up
RU
“ABŞ və İsrail onların əliylə Türkiyə ilə İranın yaxınlaşmasının qarşısını...”

“ABŞ və İsrail onların əliylə Türkiyə ilə İranın yaxınlaşmasının qarşısını...”

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

“Hər dəfə Türkiyə ilə İran arasında yaxınlaşma meylləri, Suriyada, İraqda, Livanda və Fələstində birgə hərəkət, əməkdaşlıq imkanları yaranan kimi, ya İranı qarışdırırlar, ya da Türkiyədə hansısa fövqəladə hadisə baş verir. Diqqət yetirin: İranın mərhum prezidenti İbrahim Rəisinin 2023-cü ildə iki dəfə təxirə salınan Türkiyə səfəri 2024-cü ilin yanvarın 4-ə razılaşdırılmışdı, hər iki tərəfdə də ciddi hazırlıqlar aparılırdı”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

O, bildirib ki, ancaq 2024-cü ilin yanvarın 3-də Kirmanda İŞİD-in əliylə böyük bir terror hadisəsi təşkil edildi və səfər 20 gün sonraya ertələndi, həmin aralıqda isə qəfildən ABŞ dövlət katibi Blinken Türkiyəyə gəldi:

“Nəticədə, Türkiyə və İranın ABŞ-nin və İsrailin nəzarətindəki kürd qruplaşmalarının silahsızlaşdırılmasına qarşı birgə əməliyyat planları baş tutmadı! Təxminən, bir ay əvvəl – 2025-ci ilin noyabrın 30-da isə Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana səfərini və Tehranda keçirdiyi görüşləri də Qərb mediası və analitikləri məhz Türkiyə ilə İran arasında yaxınlaşmada “yeni səhifənin açılması” kimi qiymətləndirirdi. Gerçəkdən də, Fidanın İran səfəri çox məhsuldar, uğurlu keçmişdi və iki ölkə arasında əməkdaşlığın genişləndiriləcəyinə dair hər iki cinahdan xoş ovqatla qarşılanacaq ciddi bəyanatlar səsləndirilmişdi. Məsələn, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Hakan Fidana türkcə xitabən sosial şəbəkələrdə geniş yayılan belə bir paylaşımı olmuşdu: “Öz evinizə xoş gəlmisiniz! Türkiyə və İran arasında daha çox əməkdaşlığın baş tutacağına ümid edirəm”.  Hakan Fidan isə həmkarı Abbas Ərakçi ilə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə bəyan etmişdi ki, İsrailin genişlənmə siyasəti bölgə ölkələrinin təhlükəsizliyinə əsas təhdid mənbəyidir və bu təhlükəyə qarşı da Türkiyə və İran birgə hərəkət etməlidir”. 

Politoloqun sözlərinə görə, bu, İranın çoxdan gözlədiyi bəyanat idi:

“Eyni zamanda, Hakan Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin hazırlandığını və geniş əməkdaşlıq üçün bu səfərin çox önəmli olacağının anonsunu vermişdi. Ən önəmlisi, Fidanın səfərindən sonra belə bir gözlənti var idi ki, PKK-nın Suriya və İraqdakı bölmələrinin, həmçinin elə İranın öz daxilindəki əsas qolu olan PJAK-ın silahsızlaşdırılması üçün Türkiyə və İranın müvafiq qurumları birgə əməliyyatlara başlayacaqlar. Birgə əməliyyatlar isə Suriyanı, İraqı, İranı və Türkiyəni “Böyük Kürdüstan” ideyasıyla zəhərləyən ABŞ və İsrailin maraqlarına ziddir. Hazırda İranda sosial-iqtisadi zəmində başlamış etirazların kütləvi iğtişaşlara və hakimiyyət dəyişikliyi prosesinə çevrilməsində də məhz ABŞ və İsrailin dəstəklədiyi kürd silahlıları ciddi rol oynayır. ABŞ və İsrail məhz onların əliylə Türkiyə və İranın yaxınlaşmasının qarşısını daha bir müddət almağa çalışırlar. İrandakı soydaşlarımızın bu iğtişaşlarda iştirak etməməsi də hadisələrin arxasında duran gerçəkləri, xüsusən də iğtişaşların genişlənməsinin təkcə İranın yox, elə Türkiyə və Azərbaycanın da zərərinə olacağını bilmələriylə bağlıdır. Necə deyərlər, qonşunun evinə od düşübsə, sən də təhlükədəsən! Üstəlik, o ev həm də sənin qardaşınındırsa, deməli, sən o odun körüklənməsində yox, söndürülməsində hamıdan daha çox maraqlı olmalısan!”. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Yanvar 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri