Icma.az
close
up
RU
Analitik: Türkiyə heç vaxt İranın İsrail və ya ABŞ tərəfindən parçalanmasına razılıq göstərməyəcək

Analitik: Türkiyə heç vaxt İranın İsrail və ya ABŞ tərəfindən parçalanmasına razılıq göstərməyəcək

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çünki Ankara çox yaxşı anlayır ki, İran sıradan çıxarıldıqdan sonra növbəti hədəf məhz Türkiyə olacaq

İsrail və İran arasında 12 gün davam edən müharibə Yaxın Şərqdə güc balansını yenidən müəyyənləşdirdi. Hazırda bölgədə güc balansı belədir:

– bölgəni yenidən formalaşdırmaq istəyən daha da cəsarətlənmiş İsrail,

– yalnız sağ qalmağa çalışan zəiflədilmiş İran rejimi,

– və yeni, uzunmüddətli münaqişəyə cəlb olunmaq istəməyən tərəddüdlü ABŞ.

Bu müharibənin ən təhlükəli nəticəsi İranla yeni döyüşlər deyil, Türkiyə ilə İsrail arasında daha kəskin rəqabətin meydana çıxması ola bilər.

Bu barədə “Financial Times” nəşrinin məqaləsində bildirilir.

Nəşr qeyd edir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan son zamanlar Ankaradakı əhval-ruhiyyəni İslam Əməkdaşlıq Təşkilatının sammitində belə ifadə edib:

"Fələstin, Livan, Suriya, Yəmən və İran problemi yoxdur, aydın olan yalnız bir problem var, o da İsrail problemidir".

Bu açıqlama Türkiyənin İsrailə baxışındakı dəyişimi əks etdirir. Bir vaxtlar müttəfiq, sonra rəqib olan İsrail artıq açıq şəkildə düşmən kimi görülür. Ankara İsrailin bölgədəki hegemon rolunu qəbul etməkdə çətinlik çəkir, bu rolu uzun müddət prezident Rəcəb Tayyib Ərdoğan özü arzulamışdı. Ərdoğanın əsas siyasi müttəfiqi Dövlət Baxçalı isə İsraili Anadolunu mühasirəyə almaqda ittiham edib.

Bu düşüncənin oxşarı İsraildə də formalaşır. Oradakı bəzi təhlükəsizlik qurumları Türkiyənin bölgədəki təsirini artıq İrandan da təhlükəli uzunmüddətli təhdid kimi qiymətləndirir. Ərdoğanın HƏMAS-a verdiyi açıq dəstək baş nazir Benyamin Netanyahunun hökumətində sərt reaksiya doğurub. Bu, İsrailin Suriyalı kürdlərlə təmaslarını artırmasına səbəb olub, hansı ki, Ankara uzun müddətdir onları təhlükə kimi görür.

Məqalədə qeyd olunub ki, bu qarşıdurma həm ideoloji, həm də geosiyasi xarakter daşıyır.

Ərdoğanın hökuməti sünni islamçılıq və türk millətçiliyini birləşdirərək "Türkiyə əsri" şüarı ilə xaricdə türk gücünün yüksəlişini vəd edir. İsraildə isə radikal sağçı koalisiya Livan, Qəzza və Suriyada hərbi üstünlüyü hədəf alan qətiyyətli bir yanaşma sərgiləyir. Bu qarşılıqlı və rəqib fikirlər kompromisə çox az yer buraxır.

Suriya isə bu qarşıdurmanın ən real səhnəsidir.


Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, bugünkü reallıqda İran zəifləmiş bir tərəf kimi çıxış etdiyini düşünürdü:


"Onsuz da əvvəldən bəlli idi ki, İranın hava hücumundan müdafiə sistemi İsrail və ABŞ-la müqayisədə zəifdir. Amma bir çox bəyanatlar, analizlər, tezislər vardı ki, guya İsrail və ABŞ-ın İrana endirdiyi zərbələr, genişmiqyaslı hücumlar ölkədə rejim dəyişikliyinə, xalq kütlələrinin ayaqlanmasına, hətta ölkənin parçalanmasına səbəb ola bilər. Lakin biz gördük ki, bu proqnozların heç biri baş vermədi. İran məsələsində mövcud dəyərləndirmələr həm Qərb mətbuatında, həm də digər bir sıra dövlətlərin mediasında və ekspertlərinin dilində kifayət qədər yanlışdır. İran elə də zəif, asanlıqla dağıla biləcək, rejimi dəyişəcək və ya parçalanacaq bir ölkə deyil. İran nə Suriyadır, nə İraqdır, nə Yəməndir, nə də Liviyadır. İrana qarşı mübarizədə ABŞ və İsrailin müəyyən üstünlükləri var. Lakin bu, o demək deyil ki, bu üstünlüklər əsasında İranda ağrısız və asan şəkildə rejim dəyişikliyi həyata keçirilə bilər və ya ölkənin parçalanmasına nail olunacaq".


Analitik qeyd edib ki, əgər ABŞ və İsrail həqiqətən də İranda dəyişiklik istəyirsə – istər rejim dəyişikliyi, istərsə də ölkənin bölünüb yerində fərqli qurumların yaranmasını – bu halda özləri də baş verə biləcək ağır nəticələrə hazır olmalıdırlar:

"Çünki bu qarşıdurmanın sonunda bəlkə də İsrailin özü yerlə-yeksan ola, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri isə ciddi zərbə ala bilər. İran belə bir münaqişədə tək olmayacaq. Çin və Rusiya sırf ABŞ-a zərbə vurmaq məqsədilə əllərindən gəldiyi qədər İranı dəstəkləyə bilərlər. Üstəlik, burada Türkiyə məsələsi də xüsusi əhəmiyyət daşıyır. Mən Türkiyə faktorunu kifayət qədər ciddi məsələ kimi görürəm. Çünki Türkiyə heç vaxt İranın İsrail və ya ABŞ tərəfindən nizamsız şəkildə parçalanmasına, rejim dəyişikliyinə və ya hər hansı başqa təxribatlara dəstək verməyəcək və buna razılıq göstərməyəcək. Hətta seçim anında Türkiyə İranı dəstəkləyə bilər. Çünki Ankara çox yaxşı anlayır ki, İran zəiflədikdən və ya sıradan çıxarıldıqdan sonra növbəti hədəf məhz Türkiyə olacaq. Bu, heç kimə sirr deyil. Əgər ABŞ və İsrail Yaxın Şərqi yenidən dizayn etmək istəyirsə, bölgədə artıq Suriyanın, Liviyanın, İraqın, Yəmənin başına gələnlər fonunda geriyə yalnız İran və Türkiyə qalıb. İrana zərbələr endirilib və daha ciddi addımların atılacağı da istisna deyil".


Həşim Səhrablının fikrincə, bu prosesin davamında yalnız Türkiyə qalacaq:

"Belə bir vəziyyətdə isə Türkiyənin İranın məhv edilməsinə və ya ona zərbələrin vurulmasına göz yumması sadəlövhlük olardı. Bununla belə, bu vəziyyət Türkiyə ilə İsrail arasında birbaşa müharibəyə səbəb olmayacaq. Çünki hər iki tərəf anlayır ki, belə bir müharibənin sonunda – döyüş meydanında kimin üstün olacağından asılı olmayaraq – hər iki tərəf əslində məğlub olacaq. Çünki hər iki ölkənin bir-birini məhv etmək və qarşı tərəfə ciddi strateji zərbə vurmaq potensialı olduqca yüksəkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri