ABŞ və İsrailin “təslim olması” ehtimalı reallıqda çox aşağıdır AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari İranın ABŞ və İsrail təslim olduqlarını elan edənə qədər döyüşləri davam etdirəcəyini bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Aydın Tağıyev bildirdi ki, bu açıqlama İranın rəsmi mövqeyini əks etdirir və daha çox siyasi ritorika xarakteri daşıyır.
Onun sözlərinə görə, ABŞ və İsrailin “təslim olması” ehtimalı reallıqda çox aşağıdır:
"Çünki bu ölkələr regional və qlobal güc balansında öz maraqlarını qorumağa çalışırlar. Belə bəyanatlar adətən daxili auditoriyaya güc nümayiş etdirmək, həmçinin beynəlxalq səviyyədə psixoloji təzyiq yaratmaq məqsədi daşıyır. Beynəlxalq münasibətlərdə “təslim olmaq” anlayışı müasir diplomatiyada nadir hallarda baş verir. Əksinə, tərəflər adətən danışıqlar, vasitəçilik və ya qarşılıqlı güzəştlərlə münaqişələri idarə etməyə çalışırlar. Demək olar ki, bu cür bəyanatlar daha çox informasiya müharibəsinin bir hissəsidir. Əslində, regionda gərginliyin azaldılması üçün diplomatik kanalların gücləndirilməsi və beynəlxalq vasitəçilik mexanizmlərinin işə salınması daha real və praktik olar".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 Aprel 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















