İsrailin Suriyaya daxil olması müvəqqətidir ABŞ
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail ordusunun Qolan təpələrindən Suriya ərazisinə girməsi təhlükəsizlik boşluğu səbəbindən müvəqqətidir.
Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə açıqlama verib. O bildirib ki, hər bir ölkənin terror təşkilatlarına qarşı hərəkətə keçmə haqqı var. Millerin sözlərinə görə, Suriyada Baas rejiminin devrilməsindən sonra Bəşər Əsədə sadiq rejim qüvvələri İsrail-Suriya sərhədindəki mövqeləri tərk edib və burada İsraili və vətəndaşlarını təhdid edəcək terror təşkilatları tərəfindən doldurula biləcək boşluq yaranıb. İsrail ərazilərin nəzarətdən çıxmaması üçün müvəqqəti olaraq mövqelərə yerləşib.
Miller qeyd edib ki, İsrailin hərəkətləri müvəqqətidir. İsrailin işğal cəhdinin bölgə ölkələri tərəfindən tənqid edildiyini xatırladan Millerin sözlərinə görə, İsrail gərginliyi azaltmağa və sabitliyi təmin etməyə çalışır. O, regionda sabitliyin bütün ölkələrin, o cümlədən İsrailin marağında olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Dekabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















