ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ və İsraillə müharibə başladıqdan sonra İranın neft satışlarından yüz milyonlarla dollar əlavə gəlir əldə etdiyi bildirilir.
Marja xarici mətbuata istinadən xəbər verir ki, bu artım İranın Hörmüz boğazı vasitəsilə neft ixrac edə bilən yeganə böyük ölkəyə çevrilməsi və xam neft qiymətlərinin yüksəlməsi ilə bağlıdır.

Məlumatlara görə, ölkənin neft ixracı bu ay da müharibədən əvvəlki səviyyələrə yaxın qalaraq gündə təxminən 1,6 milyon barel civarında qiymətləndirilir. İran neftini daşıyan tankerlər Hark adası neft terminalından yüklənməyə davam edir və Fars körfəzindən Hörmüz boğazı vasitəsilə çıxır. Son vaxtlar bu daşımaların sürətlənməsi müşahidə olunur. Bu vəziyyət digər Körfəz ölkələrindən həyata keçirilən neft daşımalarına tətbiq edilən faktiki blokada ilə ziddiyyət təşkil edir.
Neft qiymətlərinin yüksəlməsi iqtisadiyyatı ABŞ və İsrailin hava hücumları nəticəsində ciddi zərər görmüş İran üçün həyati əhəmiyyət daşıyır. Ölkənin dağıdılmış iqtisadiyyatını bərpa etmək və dəstəkləmək üçün böyük həcmdə investisiyalara ehtiyac var.
Bunun əksinə olaraq, müharibə səbəbindən digər Körfəz ölkələrinin neft ixracından əldə etdikləri gəlirlər əhəmiyyətli dərəcədə azalıb. Hücumlar enerji infrastrukturuna – neft və qaz yataqlarından tutmuş emal zavodları və limanlara qədər müxtəlif obyektlərə zərbə vurub. Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixrac mərkəzlərindən biri olan Ras Laffan sənaye şəhərində yerləşən obyektlərə milyardlarla dollar ziyan dəyib və istehsal dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 26 Mart 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















