“İranın silah yarışında ABŞ və İsraillə rəqabəti çətindir” ŞƏRH
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“ABŞ ilə İran arasında münasibətlərin normallaşması İsrail üçün müəyyən narahatlıq yarada bilər. Lakin düşünmürəm ki, bu, İsrail və xüsusilə də Benyamin Netanyahu üçün ciddi problemə çevrilsin”.
Bu fikirləri Gununesi.info–ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:
“Netanyahu hazırda yeni hökuməti formalaşdırmalıdır. Qarşıda onu hökumətin qurulması və nəzərdə tutulan fəaliyyət proqramının həyata keçirilməsi ilə bağlı mühüm işlər gözləyir. Fikrimcə, Netanyahu bu proqramı reallaşdıra bilsə, ABŞ Prezidenti Donald Trampla ənənəvi əməkdaşlığını davam etdirəcək.
İranın yeni silah sınaqlarından keçirməsi ilə bağlı məlumatlar da var. Bu isə mənə bir qədər inandırıcı görünmür. Düşünürəm ki, əvvəlki illərin təcrübəsi də İranın əldə etdiyi bəzi hərbi texnikaların, o cümlədən helikopter və təyyarələrin gözlənilən nəticəni vermədiyini göstərib.
Bununla belə, İranın Çin, Rusiya və Şimali Koreyadan yeni hərbi texnika əldə etməsi mümkündür. Həmin texnikanı öz istehsalı kimi təqdim edərək üzərinə «Made in Iran» yazması da istisna deyil”.
Sədrəddin Soltan əlavə edib ki, İranın qısa müddətdə müstəqil şəkildə yeni texnologiyalar hazırlaması, müasir silahlar istehsal etməsi və bu sahədə ciddi irəliləyiş əldə etməsi inandırıcı görünmür:
“Bununla yanaşı, Çin, Rusiya və Şimali Koreyanın İrana hərbi yardım göstərməsi də istisna deyil. Bu ölkələrin İrana hava hücumundan müdafiə sistemləri, raketlər və digər hərbi vasitələrlə dəstək verdiyinə dair müxtəlif məlumatlar mövcuddur.
Rusiya və Çinin İrandan ABŞ-yə qarşı regionda təsir vasitəsi kimi istifadə etməsi, xüsusilə də SEPAH-ın bu istiqamətdə rolundan yararlanması ehtimalı da nəzərə alınmalıdır.
Bu baxımdan, İranın yeni silah və hərbi texnika ilə bağlı açıqlamaları daha çox qarşı tərəflərə siyasi və hərbi mesaj vermək cəhdi kimi görünür. Çünki ABŞ və İsrail də yeni silahların sınağını keçirir, hərbi texnologiyaların hazırlanmasına və istehsalına böyük vəsait ayırırlar.
ABŞ, İsrail və İranın hərbi imkanları və silah istehsalı sahəsindəki mövqeləri eyni deyil. İranın bu yarışda ABŞ və İsrailin imkanlarına çatması və özünü onlarla müqayisə etməsi hələ tezdir. Buna görə də İranın bu sahədəki iddialarına ehtiyatla yanaşmaq lazımdır”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 03 Noyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















