Icma.az
close
up
RU
ABŞ və İsraillə qarşıdurmanın yeni raundu baş verə bilər Tural Gəncəliyev

ABŞ və İsraillə qarşıdurmanın yeni raundu baş verə bilər Tural Gəncəliyev

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"İranda milli valyutanın kəskin ucuzlaşması sosial-iqtisadi gərginliyi daha da artırır və etiraz aksiyaları günü-gündən intensivləşir. İranın sosial-iqtisadi vəziyyəti çox gərgindir. Valyuta məzənnəsi dünyada Venesuela valyutası ilə birlikdə ən dəyərdən düşmüş valyutalar sırasındadır. Eyni zamanda ölkə sanksiyalar altında olmaqla yanaşı, su qıtlığı ilə üzləşib və hökumət bəzi etnik qrupların məskunlaşdığı bölgələrdə situasiyanı nəzarətdə saxlaya bilmir. Bu da etiraz aksiyalarının bəzi regionlarda toqquşmalarla müşayiət olunmasına səbəb olur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli məclisin deputatı Tural Gəncəliyev bildirdi.

Onun sözlərinə görə, İranda iqtisadi və sosial problemlərlə yanaşı, ekoloji fəlakət də etirazların başlıca səbəblərindən biridir:

"Su qıtlığı ölkədə ciddi narahatlığa yol açır. Məsələn, 2012-2013-cü illərdə ölkədə 317 su bəndi tikilmişdisə, 2018-2019-cu illərdə bu rəqəm 620-ni keçmişdir. Bu, suyun ciddi şəkildə israfına və resursların tükənməsinə səbəb olub və əhalinin sosial-iqtisadi gərginliyini daha da artırıb. İran hakimiyyəti vəziyyətdən çıxış yolu olaraq paytaxt Tehranın cənub bölgələrinə, Oman körfəzinə köçürülməsini təklif edib. Bu təklif bəzi tənqidçilər tərəfindən “İran Versalı” adlandırılır. Tarixi müqayisədə, Fransız inqilabı zamanı Parisdəki etirazlara qarşı krallar Versal sarayını şəhərdən uzaqda tikmişdilər. Oxşar yanaşma İran üçün də nəzərdə tutulur: Makran bölgəsi dənizə çıxışı olan, az məskunlaşmış və böyük şəhərlərin olmadığı bir ərazidir. Beləliklə, paytaxtın oraya köçürülməsi, gələcək etiraz aksiyaları zamanı hakimiyyətin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır".

Millət vəkili əlavə etdi ki, İranın Qərb ölkələri, xüsusilə ABŞ və İsraillə qarşıdurması və davam edən sanksiyalar da ölkədə vəziyyəti daha da gərginləşdirir:

"İnsanlar artıq dözülməz vəziyyətlə üzləşərək küçələrə çıxır. Xüsusilə etnik qrupların məskunlaşdığı bölgələrdə, məsələn, ərəblərin yaşadığı Xuzistan və lurların yaşadığı Çaharmahal Bəxtiyari əyalətlərində gərginlik daha qabarıqdır. Hökumətin bu regionlara laqeyd yanaşması və daha çox mərkəzi fars əhalisinə diqqət ayırması etnik qarşıdurma və etiraz riskini artırır. Geosiyasi baxımdan da situasiya mürəkkəbdir. ABŞ və İsraillə qarşıdurmanın yeni raundu baş verə bilər. İranın raket və nüvə potensialının tam məhv edilmədiyi dəfələrlə bəyan olunub, bu da bölgədə yeni münaqişə riskini artırır".

Müsahibimizin sözlərinə görə, Azərbaycan və Cənubi Qafqaz üçün belə bir münaqişə ocağının yaranması əlbəttə arzuolunan deyil:

"Lakin Azərbaycan kifayət qədər güclü dövlət olaraq, həm şimalda, həm də Yaxın Şərqdə baş verən proseslərin ölkəmizə neqativ təsir göstərməyəcəyinə əmin ola bilər. Dövlətimiz strateji planlarını əvvəlcədən qurub və bu məsələlərin heç bir təhlükə yaratmayacağını təmin edir. Bununla yanaşı, regionda eskalasiya, istər İranda, istər Rusiya - Ukrayna münaqişəsində müşahidə olunmağa davam edir", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri