Icma.az
close
up
RU
Tural Gəncəliyev: “Azərbaycan gəncliyi tarix yazdı”

Tural Gəncəliyev: “Azərbaycan gəncliyi tarix yazdı”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu gün dünyada gedən böyük müharibələr, kataklizmik və taleyüklü proseslər açıq şəkildə göstərir ki, təkcə elm və texnologiyanın inkişafı, güclü ordu və iqtisadiyyat kifayət etmir. 

Bunlarla yanaşı, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və şüurlu gəncliyin yetişməsi ölkə ciddi təhdid və çağırışlarla üzləşdiyi anlarda həlledici rol oynayır”.

Bunu 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. 

O qeyd edib ki, Azərbaycan gəncliyini fərqli və güclü edən əsas amillərdən biri onların milli-mənəvi dəyərlərə bağlılığıdır: 

“Azərbaycan həm gənclərin sayı, həm də onların inkişafı baxımından dünyada sayılıb-seçilən ölkələrdəndir. 

Təbii ki, Ümummilli Lider tərəfindən gənclərə göstərilən diqqət və qayğı bu gün də uğurla davam etdirilir. Bu gənclər Ermənistanın işğalçı siyasəti nəticəsində 1991–1992-ci illərdə öz dədə-baba torpaqlarından didərgin salınmış uşaqlar məhz 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas özəyini təşkil etdilər. 

Azərbaycan Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olundu, Ermənistan ordusunun hərbi onurğa sütunu qırıldı. Ona görə bizim gənclərimizi fərqli və özünəməxsus edən məhz həm də milli-mənəvi dəyərlərdir”. 

Deputat bildirib ki, bu gün gənclər yeni çağırışları, vəziyyəti, təhdidləri də nəzərə almalıdır: 

“Gənclərimizi güclü edən əsas cəhətlərdən də danışmaq vacibdir. Milli-mənəvi dəyərlərə sadiq olan Azərbaycan gəncləri məhz Vətən müharibəsində bizə qələbəni qazandıran əsas qüvvə oldu. Heç nədən qorxmayan, gözlərində qığılcım, ürəklərində Vətən sevgisi ilə döyüşə yollanan gənclərimiz müharibənin taleyini həll etdilər. 

Biz 44 günlük Vətən müharibəsində biz nə gördük? Azərbaycanda on minlərlə gənc könüllü şəkildə ordu sıralarına qoşulmaq üçün müraciət etdi. Halbuki, Ermənistan ordusunda minlərlə fərarinin qeydə alınması iki ölkə arasındakı əsas fərqi açıq şəkildə ortaya qoydu. Məhz bu mənəvi üstünlük Azərbaycan gəncliyini fərqli və güclü edən əsas amillərdən biridir”. 

Tural Gəncəliyev əlavə edib ki, milli-mənəvi dəyərlərə sadiq gəncliyin qorunması xüsusilə vacibdir: 

“Qərbdə “liberal dəyərlər” adı altında gənclərə sırınan, ailə institutuna və milli-mənəvi dəyərlərimizə qarşı yönəlmiş bir sıra təhlükəli ideologiyalar və trendlər mövcuddur. Təbii ki, gənclərimizi bu cür təhdidlərdən qorumaq lazımdır. Sevindirici haldır ki, gənclərimizin böyük əksəriyyəti ağıllı şəkildə bu təhlükələrin mahiyyətini dərk edir. 

Xüsusilə də internet əsrində, süni intellektin sürətlə yayıldığı, qloballaşmanın dərinləşdiyi bir dövrdə yaşayırıq. Artıq dövlət suverenliyi təkcə ərazi, hava və dəniz sərhədləri ilə deyil, eyni zamanda kibersuverenlik anlayışı çərçivəsində də ölçülür. 

Bu baxımdan, gənclərimizin internet mühitindən qaynaqlanan təhdid və çağırışlardan vaxtında qorunmasının təmin edilməsi, ölkəmizin kibersuverenliyinin möhkəmləndirilməsi olduqca vacibdir. Buna görə də milli-mənəvi dəyərlərə sadiq gəncliyin formalaşdırılması ən güclü hədəflərimizdən biridir və bu istiqamətdə ardıcıl siyasət davam etdirilməlidir”. 

Deputat vurğulayıb ki, ona görə də haqlı olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gözlərindəki o qığılcımı görən erməni işğalçı qüvvələrinin canına vəlvələ düşüb: 

“Həmin o gənclərimizin gözlərində yanan işartı artıq özü-özlüyündə güclü bir mesaj idi. 

Dünyanın bütün güclərinin Ermənistanı dəstəkləməsinə baxmayaraq, cənab Prezidentin ətrafında birləşən Azərbaycan gəncliyi tarix yazdı. Bax, bizim gücümüz bu idi. Məhz bu birlik və mənəvi güc qələbəmizin əsasını təşkil etdi. 

Bu gün və gələcəkdə sağlam gəncliyin formalaşmasını qoruyub saxlamaq bizim əsas vəzifəmiz olmalıdır. Məhz bu, bizim əsas amalımız və gənclər siyasətinin ürəyi olmalıdır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: Gənclər Günü Tural Gəncəliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri