Icma.az
close
up
RU
“ABŞ və Rusiya Avropanı prosesdən uzaq tutmağa çalışır...” Politoloq

“ABŞ və Rusiya Avropanı prosesdən uzaq tutmağa çalışır...” Politoloq

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və kürəkəni Kuşner Kremldə Vladimir Putinlə görüşü baş tutdu. Bu görüş nəticəsiz olsa da, danışıqların davam etdirilməsi razılaşdırılıb. Görünür, Putin yenidən öz təkliflərini  Uitkofa təqdim etməklə, Trampın mövqeyini gözləyəcək. Kremldə aparılan danışıqlarda Ukrayna prezidenti Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması danışıqlar predmeti olması istisna deyil”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

 O, bildirib ki, ABŞ nümayəndə heyəti Rusiyaya daha yaxın şəxslərdi və Kiyevə deyil, birbaşa Vaşinqtona qayıtdılar:

“Putin birbaşa ABŞ ilə danışıqlara gedərək, Avropa İttifaqını prosesdən çıxarır. Halbuki, Avropasız Ukrayna böhranın həlli yoxdur. Ukrayna ilə bağlı ABŞ və Rusiya 28 maddəlik "sülh planı" bunun bariz nümunəsidir. Amma, Avropa İttifaqı bu prosesi pozaraq, 19 bəndlik razılaşma mətni hazırladı. Rusiya danışırlara qatılır və sülhə hazır olduğunu görüntüsünü nümayiş etdirir. Amma, konkret öz şərtlərindən geri çəkilmir. Hazırda Rusiya heç bir  atəşkəsə getmir. Həmçinin  Avropa ölkələri və Ukrayna Rusiyanın şərtlərini qəbul etmir. Çünki, Rusiyanın şərtləri güc yolu ilə sərhədlərin dəyişdirilməsidir. Bu, beynəlxalq hüququn pozulması və yeni dünya siyasi nizamında güc tətbiqinin önə çıxmasıdır”. 

Politoloqun sözlərinə görə, bu da digər regionlarda yeni hərbi toqquşmalara yol aça bilər: 

“Ukrayna münaqişəsinin həll formulu yalnız Qərb Alyansının Ukraynada Rusiya ordusuna güc tətbiq etməklə, Rusiyanı öz şərtlərindən imtinaya məcbur etməkdən keçir. Qərb Alyansi indiyə kimi verilməyən hücum və öldürücü silahları Ukraynaya verməklə, danışıqları öz lehinə dəyişə bilər. Hazırda ABŞ və Rusiya arasında aparılan danışıqlar müsbət nəticə verməyəcək. Yalnız tərəflərin ortaq nöqtəsi isə, atəşkəs razılaşmasına getməkdir. Atəşkəs rejimi ilə bağlı Kremldə fikir ayrılıqları yaranıb. Rusiya xarici işlər naziri Sergey Lavrov Aralıq sazişi imzalanması şərtini irəli sürüb. Rusiya prezidenti Ukraynada kiçik qələbə əldə etməklə, taktiki üstünlük əldə etməyə çalışır. Rusiya taktiki üstünlük əldə etdikdən sonra, hədəfi Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq. Məhz V. Putin Donbası Rusiyaya verməklə, Avropaya hücum etməmək barədə yazılı şəkildə müqaviləyə imza atmağa hazır olduğunu qeyd edir. ABŞ prezidenti isə, Rusiya resurslarından istifadə və Çinə qarşı birgə çıxış etməklə, Ukrayna ilə bağlı Rusiyaya güzəştə getməyə hazırdır”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri