Icma.az
close
up
RU
“ABŞ Hindistanı Rusiyadan uzaqlaşdırmağa çalışır” POLİTOLOQ

“ABŞ Hindistanı Rusiyadan uzaqlaşdırmağa çalışır” POLİTOLOQ

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ dövlət katibi Marko Rubio Ermənistandan əvvəl Hindistana dördgünlük səfər edib. Dövlət katibi hinldi rəsmilərlə fikir mübadiləsi aparmaqla yanaşı Yeni Dehlidə təhlükəsizlik üzrə dördtərəfli dialoq formatı olan (QUAD) qrupuna daxil olan Yaponiya, Avstraliya və Hindistanın xarici işlər nazirləri ilə toplantı keçirib.

Rubio Hindistana səfərdən əvvəl bu ölkəni Amerikadan neft idxalının həcmini artırmağa, həmçinin bu xammalı Venesueladan da satın almağa inandırmağa çalışacağını söyləmişdi. Marko Rubio bu məqsədlə Venesuelanın Prezidenti Delsi Rodriqes gələn həftə Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb. Vaşinqtonun məqsədi aydındır, Hindistanın Rusiyadan neft alışını azaltmasını istəyir. Bu məqsədlə Vaşinqton Yeni Dehliyə alternativlər təklif edib.

Marko Rubio Yeni Dehlidə olarkən ABŞ Prezidenti Donald Tramp Hindistanın ünvanına mesajlar göndərib. ABŞ-ın Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə ABŞ-ın Yeni Dehlidəki səfirliyində keçirilən yüksək səviyyəli qəbula telefonla qatılaraq “Hindistanın mənə və ölkəmizə 100 faiz etibar edə biləcəyini” vurğulayıb. “Əgər köməyə ehtiyac duysalar, hara zəng edəcəklərini bilirlər. Biz yaxşı iş görürük. Biz rekordlar qoyuruq. Bizim rekord iqtisadiyyatımız, rekord fond bazarımız var”, – deyə Ağ Ev sahibi əlavə edib. Hindistanın baş naziri Narendra Modinin böyük fanatı olduğunu bildirən Tramp iki dövlət arasında strateji tərəfdaşlığın gücləndirilməsi zərurətini bildirib. Eyni tədbirdə çıxış edən Marko Rubio Amerikanın qlobal rolunu vurğulayıb. ABŞ-ın Hindistandakı səfiri Serxio Qor ikitərəfli əlaqələrə nəticəyə yönəlmiş yanaşmanı vurğulayaraq, ABŞ-ın Corc Vaşinqton dövründən Prezident Trampa qədər qlobal “mayak” olaraq qaldığını və iki dövlətin lideri arasında sıx münasibətlərin qurulduğunu nümunə göstərib. Bütün bu açıqlamalar Hindistanın ABŞ və onun Sakit Okean bölgəsindəki müttəfiqləri ilə əlaqələri genişləndirməsinin təşviqi ilə əlaqəlidir.

Çin Rusiya ilə strateji tərəfdaşdır. Vaşinqton Hindistanın bu ittifaqa qoşulmasını istəmir. Yeni Dehli xarici və təhlükəsizlik siyasətində balansa üstünlük verir. Hindistan Rusiya və Çinlər birgə Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in üzvü olsa da, Yeni Dehli bir sıra məsələlərdə Moskva və Pekindən fərqli yanaşmaya malikdir. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar təhlükəsizlik və qlobal məsələlərdə Hindistan-ABŞ əməkdaşlığının artdığını vurğulayıb.

QUAD toplantısında dörd ölkə arasında əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə olunub. Üzv ölkələr Çinin artan hərbi gücündən narahatdırlar. Pekin isə QUAD təşkilatının Çinin inkişafını məhdudlaşdırmağa çalışdığı qənaətindədir. Marko Rubio ABŞ-ın dördlükdən dəniz təhlükəsizliyi və vacib minerallar kimi məsələlərdə “konkret tədbirlər” görməsinin zərurətini bildirib. Görüşün əsas nəticələrindən biri minerallarla bağlı çərçivə sənədinin qəbulu olub. Rubionun sözlərinə görə, bu çərçivə dörd ölkənin hər biri üçün etalon rolunu oynayacaq və kritik mineral təchizat zəncirlərini gücləndirmək üçün iqtisadi siyasət alətlərindən istifadəyə və investisiyaların əlaqələndirilməsinə imkan verəcək. Bu sıraya mineralların hasilatı, email və birgə istifadəsi aiddir.

Elxan Şahinoğlu 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 May 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri