Icma.az
close
up
RU
ABŞ və Rusiya dünyanı yenidən bölüşdürür

ABŞ və Rusiya dünyanı yenidən bölüşdürür

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


"ABŞ prezidenti Trampla Rusiya prezidenti Putinin Alyaska görüşünə bir gündən də az vaxt qalır. Bu görüş Ukrayna, Avropa Birliyi və Böyük Britaniyanın iştirakı olmadan keçiriləcək. Buna görə də onların narahatlıqlarını başa düşmək olar. Görüşdə müzakirəsi gözlənilən əsas məsələ Ukrayna ilə bağlı olacaq. Lakin bu, yeganə məsələ olmayacaq”.
Reyting.az
xəbər verir ki, bunu Aydınlar Partiyasının keçmiş sədri Qulamhüseyn Əlibəyli bildirib.
Onun sözlərinə görə, bu vaxta qədər hər iki prezident telefonla bir neçə dəfə əlaqə saxlayıblar. “Putin hər telefon danışığından sonra daha da aqressivləşərək Ukraynaya yeni hücumlar təşkil edir, daha çox ərazi işğal etməyə çalışırdı. Həm də xatırlatmaq lazımdır ki, Putin Trampın birbaşa görüş təklifindən inadla imtina edirdi, lakin ABŞ-nın təzyiqlərindən sonra təklifi qəbul etməyə məcbur oldu. Bunu Ukraynaya təcavüzün yeni mərhələsi ərəfəsində məcburi manevr siyasəti kimi də dəyərləndirmək olar",- deyə Q. Əlibəyli əlavə edib.
Keçmiş sədr ehtimal edir ki, görüşdə ilk məsələ Rusiya-Ukrayna müharibəsində atəşkəs barədə razılığın əldə edilməsi olacaq: “Bu barədə Rusiyanın mövqeyi Ukraynanın maraqları ilə tam ziddiyyət təşkil edir. Ukrayna ilkin şərt olmadan uzunmüddətli atəşkəsə tərəfdardır. Rusiya isə Ukraynanın şərqində ərazilərini işğal etdiyi vilayətlərin öz ərazisi kimi tanınmasını və həmin vilayətlərin işğal olunmamış hissəsindən Ukrayna qoşunlarının çıxarılmasını atəşkəsin ilkin şərti kimi irəli sürür. ABŞ prezidenti Tramp həm Ukraynanın, həm də Rusiyanın müəyyən ərazilərdən imtina etməsini Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün vacib hesab edir. Bu zaman Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən imtina etməsi, Rusiyanın isə Ukraynanın digər vilayətlərində işğal etdiyi kiçik ərazilərdən imtina etməsi nəzərdə tutulur”.

Q. Əlibəyli
Q. Əlibəylinin fikrincə, Tramp işğala məruz qalmış Ukraynanın iştirakı olmadan bu ölkənin ərazi itkiləri hesabına işğalçı dövlətlə razılığa gəlmək istəyir: “Trampın Ukrayna ilə onun bütün ərazisində təbii sərvətlərin istismarı haqqında müqavilə bağlayaraq özünün və ABŞ-nın iqtisadi və kommersiya maraqlarını təmin etdiyini nəzərə alsaq, Ukraynanın iştirakı olmadan onun ərazilərinin ABŞ və Rusiya arasında bölüşdürülməsindən söhbət gedir".
Q. Əlibəylinin sözlərinə görə, Avropa İttifaqının və Böyük Britaniyanın görüşdə iştiraka dəvət olunmaması Rusiya-Ukrayna müharibəsinə dair onlar arasında ciddi fikir ayrılığının yarandığını göstərir: "Bunu həm də Avropanın ABŞ-ın təsir dairəsində saxlanması kimi də yozmaq olar. Görünür, bunun qarşılığı kimi Rusiya bütövlükdə postsovet məkanını bəzi istisnalarla, özünün təsir dairəsində saxlanmasını tələb edəcək. Yəni faktiki olaraq Potsdam konfransından sonra formalaşmış dünya nizamının dəyişdirilməsi, dünyanın ABŞ və Rusiya arasında yenidən bölüşdürülməsi baş verir.
Təbii ki, belə vəziyyət nə Ukraynanı, nə Avropanı, nə də postsovet dövlətlərini qane edə bilməz. İlk növbədə Ukraynanın Putinin və Trampın şərtləri ilə atəşkəsə razılaşması inandırıcı deyil. Bu isə müharibənin davan etməsi deməkdir”.
Q. Əlibəyli sonda qeyd edib ki, kollektiv Avropa Ukraynanı müdafiə edəcək və ona yardım göstərəcək. Ona görə də, Alyaska görüşündə ciddi irəliləyişlərin əldə olunacağı şübhə altındadır.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Avqust 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri