Icma.az
close
up
RU
Tramp Putin danışığı: ABŞ və Rusiya dünyanı yenidən bölür? (MÜSAHİBƏ II HİSSƏ)

Tramp Putin danışığı: ABŞ və Rusiya dünyanı yenidən bölür? (MÜSAHİBƏ II HİSSƏ)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya siyasətində kəskin dönüş baş verdi. Hamının gözlədiyi, lakin çoxlarının ehtimal belə etmədiyi hadisə gerçəkləşdi. Nəhayət, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə zəng etdi. İlkin məlumatlara görə, danışıqlarda Ukraynada müharibənin dayandırılması məsələsi müzakirə edilib. Mətbuata verdiyi açıqlamada Tramp Kremlin sahibi ilə telefon danışığını konstruktiv adlandırıb. 

Maraqlıdır, görəsən, adıçəkilən "telefon diplomatiyası"ndan konkret ciddi nəticə gözləməyə dəyərmi? 

Siyasi şərhçi Rauf Mirqədirov Qaynarinfo-nun bu və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

Müsahibənin birinci hissəsini oxumaq üçün TIKLA

"Rusiya dünya daxili məhsulunun 1 faizdən bir qədər artığını istehsal edir, onun yeganə gücü nüvə silahıdır"

- Rauf bəy, iki super gücün təmaslarını dünyanın yenidən bölüşdürülməsi cəhdi kimi şərh edənlər də az deyil. Bu fikrin müəllifləri hesab edirlər ki, iki qlobal güc Çinə qarşı birləşir. Bu məsələ ilə bağlı fikirləriniz maraqlı olardı.

 - Düşünmürəm ki, Tramp və Putin dünyanı yenidən bölüşdürmək gücünə malik olsunlar. Bu, gerçəklikdən uzaq ehtimaldır. Rusiya dünya daxili məhsulunun 1 faizdən bir qədər artığını istehsal edir. Onun yeganə gücü nüvə silahıdır. Qərb Rusiyanın təbii ehtiyatları olmadan da keçinə bilər. Hətta enerji ehtiyacının 80-90 faizini Rusiyadan idxal edən Almaniya da onlar olmadan keçinə bilir. Qərb isə ümumdünya daxili məhsulunun 50 faizini istehsal edir. Belə olan halda, dünyanı yenidən kimlərsə bölüşdürmək məsələsinə gələndə bu rola layiq olan ölkə adına Rusiyadan daha çox Çin uyğun gəlir. Onun gücü, insan, elmi resursları daha genişdir. 

Əvvəllər Çinin iqtisadi təcavüzünün qarşısını almaq üçün Rusiyadan bufer zonası olaraq istifadə etmək konsepsiyası var idi. Ancaq bu konsepsiya Rusiyanın 2008-ci ildən başlayan təcavüzkar siyasəti ilə iflasa uğradı. Tramp doğrudan da dünyanı yenidən Rusiya ilə bölüşdürmək istəsə, bu, Amerikanın özündə ciddi təlatümlərə səbəb ola bilər. Tramp alverçidir. Alverçinin isə dövlət başçısı olması o qədər də yaxşı şey deyil. Çünki dünya siyasəti yalnız alver üzərində qurulmayıb. Geosiyasi maraqlar da mövcuddur. Tramp müəyyən vaxt çərçivəsində, müəyyən ərazilərdə, xüsusən də postsovet məkanında müharibənin dayandırılması əvəzində Rusiyaya bir sıra hərəkət azadlığı təklif edə bilər. Lakin dünyanın geniş mənasında yenidən bölüşdürülməsindən söhbət gedə bilməz. 

- Necə düşünürsünüz, Zelenskinin ərazi mübadiləsi ideyası daha realdır, yoxsa Kremlin buna sərt cavabı? 

- Heç biri real deyil. Düzdür, ilk görünüşdə Kremlin cavabı daha real görünür. Çünki ərazi mübadiləsindən söhbət gedirsə, işğal olunmuş ərazilərin miqyası ya bərabər, ya ona yaxın olmalı, ya da strateji baxımdan eyni dərəcəli olmalıdır. Rusiya üçün ərazisinin balaca hissəsinin tutulması belə ciddi təhdid və problemdir. Rusiya tutduğu Xerson, Luqansk, Donetsk, Zaporejye vilayətlərini də tam özününkü saymır. Çünki həmin vilayətlərin bir hissəsi hazırda Ukrayna qoşunlarının nəzarəti altındadır. Rusiya Konstitusiyasına görə isə həmin ərazilər hazırda Rusiya ərazisidir. Müharibənin dayanması ilə həmin 4 ərazinin Rusiya tərkibinə daxil olması və onun beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının reallaşacağı ehtimalı o qədər də mümkün olacaq məsələ deyil. 

"Dövlətlərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıması baş verməyibsə, heç bir sülh sazişi imzalana bilməz"

- 2025-ci ildən nə gözləyirsiniz? Trampın səyləri ilə bu il müharibə bitəcək? Yoxsa atəşkəs olacaq? 

- Yaponiya ilə Rusiya arasında indiyə kimi sülh müqaviləsi yoxdur. Sülh sazişindən yalnız o halda danışa bilərik ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tam şəkildə qeyd-şərtsiz tanısınlar. Hansı formatda tanımalarının heç bir əhəmiyyəti yoxdur. Dövlətlərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıması baş verməyibsə, heç bir sülh sazişi imzalana bilməz. Ukrayna ərazilərindən imtina etməyəcək. Eyni zamanda, Putinin bu ərazilərdən imtina edib, onları Ukraynanın tərkib hissəsi kimi tanıması da mümkün deyil. Putin belə bir addım atarsa, taleyi çox bərbad ola bilər. Bu halda deyə bilərik ki, sülh mümkün deyil. Atəşkəs isə müəyyən şərtlər daxilində mümkündür. Lakin atəşkəs də Rusiyanın ərazi bütövlüyünün tanınmasına gətirib çıxarmayacaq. Bu fonda atəşkəs Putinin maraqlarına cavab vermir. 

Digər tərəfdən, bundan sonra sülhü təmin etmək doğrudanmı mümkün olacaq? Putin əslində Ukraynanı özünə tabe etdirmək istəyirdi. Nəticə etibarı ilə bu, mümkün olmadı. Hətta Trampın elan etdiyi tezislər əsasında saziş imzalanarsa, bu, Ukraynanın Moskvanın nəzarəti altına keçməsinə gətirib çıxarmayacaq. Tramp deyir ki, Ukraynanın təhlükəsizliyinə, sülhməramlı qoşunlar qismində Avropa İttifaqı məsuliyyət daşımalıdır. Bu, əslində, Ukraynaya NATO qoşunlarının gətirilməsidir. Yəni ehtimal olunan və daha çox Moskvanın xeyrinə olan şərtlər daxilində belə ilhaq olunmuş əraziləri heç kim Rusiya ərazisi kimi tanımayacaq. Ən yaxşı halda, vaxtilə Baltikyanı ölkələrdə gördüyümüz vəziyyət yaranacaq. Qərb vaxtilə Baltik ölkələrini İttifaqın tərkib hissəsi kimi tanımamışdı. Yaxud da Yaponiyadakı vəziyyət yaranacaq. Sanksiyaların, xüsusən də enerji sanksiyalarının götürülməsi ehtimalı da sıfra yaxındır. Çünki onun götürülməsi Trampın maraqlarına cavab vermir. Bu isə Rusiyanın iqtisadi durumunu daha da ağırlaşdıracaq. Burada bir məqama diqqət çəkmək lazım gəlir. Hər hansı bir hakimiyyət, xüsusən də Rusiya kimi dövlətin başçısı siyasi legitimliyə malik olmaya bilər. Amma Rusiya kimi dövlətdə ictimai legitimlik məsələsi ciddi problemdir. Hakimiyyət az-çox ictimai legitimliyə malik olmalıdır. İctimai legitimliyi də Körfəz ölkələri kimi firavan həyatla təmin etmək olar. Belə ölkələrdə insanlar siyasi sistemlə çox da maraqlanmır. Rusiyada isə ictimai legitimliyi bu cür təmin etmək mümkün deyil. Bunun üçün işləmək, islahatlar aparmaq lazımdır. İslahatlar isə ağırlı olduğundan əksər halda onu həyata keçirənin hakimiyyəti itirməsilə nəticələnir. İslahatların nəticəsini də daha çox ondan sonra hakimiyyətə gələnlər görür. Məsələn, Türkiyədə islahatlara Ərdoğan hakimiyyətə gələndən əvvəl başlanılıb. Amma onun bəhrəsini yeni hakimiyyət gördü. Putinin isə bu yolla ictimai legitimliyi təmin edib, hakimiyyətdə qalması ehtimalı sıfra bərabərdir. Ona görə də Rusiya vaxtaşırı təkrarlanan xarici təcavüz yolunu seçib. Gürcüstan, Ukrayna, Suriya və sonra yenidən Ukrayaya təcavüz baş verdi. Hər dəfə də bu təcavüzün miqyasları genişlənib. 2008-ci ilin Gürcüstan hadisəsi cəmi 8 gün davam etdi və hərbi əməliyyatdan daha çox təlimlərə bənzədi. 2014-cü il hadisəsi bir qədər irimiqyaslı əməliyyat oldu. Hərbi təcavüz hissəsi isə daha çox separatçıların adına  bağlandı. Ərazinin bir hissəsi ilhaq olundu. 

"Rusiya kontinental imperiyadır, tutduğu heç bir ölkəni özünün koloniyası elan etmir. Əraziləri tutur, sonra da bəyan edir ki, həmin yerlər tarixi Rusiya ərazisidir"

- Bəs, Putinin məhz bu yolu seçməsi nə ilə bağlıdır? Yəni, general Putin bütün bunları hesablaya bilmir?

- Putinin bu yolu seçməsi rus xalqının imperiya təfəkkürü ilə bağlıdır. Rusiya kontinental imperiyadır. Yəni tutduğu heç bir ölkəni özünün koloniyası elan etmir. Əraziləri tutur, sonra da bəyan  edir ki, həmin yerlər tarixi Rusiya ərazisidir. Kremldə postsovet ərazilərini Rusiya əraziləri hesab edirlər. Ruslar ac olmağa, zibil içində yaşamağa hazırdır, amma imperiya təfəkküründən bərk-bərk yapışmaqda davam edirlər. Ukrayna da Rusiya üçün çox vacib həlqədir. Putin həmişə deyir ki, guya Ukrayna xalqı yoxdur və onlar bir xalqdırlar. Rusiya özünü üçüncü Roma adlandırır. İndiki təsəvvürlərə görə, Rusiya xristianlığın provaslavlıq qolunu Bizansdan qəbul edib. Bizans isə ikinci Roma sayılır. Ona garə də rus imperalistləri vaxtaşırı "Konstantinopolu azad etmək” məsələsini qaldırır. 

Bu, həm də o anlama gələ bilər ki, Rusiya dövlətinin tarixi monqol-tatar istilasından sonra başlayır. Əslində, bu, həqiqətən də belədir. Yəni belə təcavüzkar hərəkətlərlə özünün təkrar istehsalını, ictimai legitimliyi təmin etməyə çalışır. Hər xarici təcavüzdən sonra Putinin reytinqi həmişə artıb. Bir müddətdən sonra yenidən reytinqi aşağı düşəndə yeni, daha geniş miqyaslı təcavüzə getmək lazım gəlir. Putinə görə, imzalanacaq saziş məhz bu motivə xidmət etməlidir. Belə motivə geniş mənada xidmət edəcək sazişin imzalanması isə çətin məsələdir. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see174

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri