Icma.az
close
up
RU
ABŞ və Rusiyanın uğursuz planı: Müharibə tezliklə bitməyəcək...

ABŞ və Rusiyanın uğursuz planı: Müharibə tezliklə bitməyəcək...

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

"Amerika ilə  Rusiya  sülh sənədini Ukraynaya qəbul etdirməyə çalışır, lakin bu baş verməyəcək. Artıq Ukrayna silahlı qüvvələri xəbərdarlıq bəyanatını səsləndirib ki, hətta Zelenski Donbası Rusiyaya verməklə razılaşsa belə, onlar bu əmri yerinə yetirməyəcəklər. Ukraynada bu qərarı verə biləcək səlahiyyətli bir şəxs olduğunu düşünmürəm".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. 

O bildirib ki, hər şey beynəlxalq hüquqa uyğun olmalıdır: "Bundan başqa Ukrayna Konstitusiyası da buna icazə vermir. Referendum keçirilməlidir, Ukrayna xalqının fikri nəzərə alınmalıdır. Ona görə də, Ukrayna bu sənədi heç bir halda qəbul etməyəcək. Rusiya iddia edir ki, guya onların bu plandan xəbəri olmayıb. Halbuki Putinin də, Lavrovun da son açıqlamaları ondan xəbər verir ki, bu sənəd məhz Moskvada hazırlanıb, Amerika isə sadəcə olaraq  onu gündəmə gətirdi".

Ekspert hesab edir ki, müharibə tezliklə bitməyəcək: "Mən müharibənin hələ uzun aylar davam edəcəyini düşünürəm, çünki Rusiyanın müharibəni bitirmək fikri yoxdur. Hər iki tərəf yorulub, amma konkret olaraq Rusiya müharibəni bütün itkilərə rəğmən davam etdirmək arzusundadır. Hansısa bir kəndin və ya qəsəbənin ələ keçirilməsi onları daha da şirnikləndirir.

Mən Rusiyanın qalib gələcəyini düşünmürəm. Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artıracaq. Bu gün Dağıstana endirilən zərbə endirdi, orada Rusiya Müdafiə Nazirliyinin hərbi dəniz qüvvələri və donanması yerləşir. Hazırda müharibə Rusiyanın dərinliklərinə qədər irəliləyib. Rusiya acizlikdən bəyanatlar verir ki, sona qədər gedəcəyik. Onlar Amerikanın xeyir-duası ilə tutduqları ərazilərdə möhkəmlənmək istəyirlər.  Ancaq Ukrayna təslimçi şərtləri qəbul etməyəcək".

Ü.Cəfərov vurğuladı ki, Tramp və Putinin Zelenskini hakimiyyətdən göndərmək cəhdləri də nəticəsiz qalacaq: " Müharibə bitmədikcə seçkilərin keçirilməsi mümkün deyil. Zelenskinin istefa verəcəyi ilə bağlı iddialar da əsassızdır. Avropanın qorxaq liderləri onun arxasında durmasa da, Ukrayna xalqı onu dəstəkləyir. Maliyyə dəstəyi olsa, qalan məsələləri xalq öz gücü ilə həll edəcək. İtkilər və dağıntılar çoxdur, ancaq Ukrayna xalqı və ordusu Rusiyaya müqavimət göstərməyi bacarır. Buna görə də, müharibənin yaxın vaxtlarda və Rusiyanın maraqlarına uyğun şəkildə yekunlaşacağını gözləmirəm".

Gülxar,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sitat.info
archiveBu xəbər 05 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri