Icma.az
close
up
RU
Müharibə tezliklə bitməyəcək

Müharibə tezliklə bitməyəcək

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşğalçının iştahı küsmək bilmir: Rusiya bu əraziləri özünə birləşdirmək istəyir

Bu, gözlənilən idi. Təkcə ona görə ki, törədilmiş cinayətlərə görə lazımi cəzanın verilməməsi yeni cinayətlərin törədilməsinə birbaşa yoldur. Yemək vaxtı iştah yalnız mətbəxdə və ya restoranda yaranmır. İşğalçı ölkələrin rəhbərlərinin də ərazi iştahı arta bilər.

Rusiya digər “yeni regionları” ölkə tərkibinə daxil edərkən qondarma “DXR”, “LXR” və Ukraynanın Zaporojye və Xerson vilayətlərinin bir hissəsinin ilhaqı təcrübəsindən istifadə edə bilər. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev açıqlama verib. Çətin ki, o, “təvazökarlıq” və ya “unutqanlıq” səbəbindən Rusiya tərəfindən ilhaq edilmiş Krımın adını çəkməsin. Ancaq onsuz da deyilənlər son dərəcə tsinik bir şey idi.

“Biz təmin etməliyik ki, Ukraynanın işğal olunmuş ərazilərinin bu rayonlarının potensialı tam reallaşdırılsın... Yeri gəlmişkən, ölkəmiz daxilində yeni, lakin bizə çox yaxın olan regionlar yaranarsa, bu təcrübə tələb oluna bilər. Bütün bunlar mümkündür”, - deyə “İnterfaks” Medvedyevdən sitat gətirir.

Artıq bir sıra KİV-lər belə qənaətə gəlib ki, Rusiya Federasiyasına “yaxın” regionlar dedikdə, tanınmamış “Dnestryanı Moldova Respublikası” və Cənubi Osetiya hakimiyyətləri nəzərdə tutulur. Məsələ ondadır ki, Rusiya bu kvazidövlət qurumlarında separatçı əhval-ruhiyyəni açıq şəkildə dəstəkləyir, onların liderləri tez-tez Moskvaya gedir və orada Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışdıqlar aparırlar. Rusiya Moldovadakı prezident seçkilərində Kremlin himayədarının deyil, Maya Sandunun qalib gəlməsindən narahatdır.

Amma Rusiya açıq şəkildə bu oyunu tam uduzulmuş hesab etmir. Kreml gələn ilin iyulunda Moldovada keçiriləcək parlament seçkilərində qisas almağı planlaşdırır. Belə ki, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru Aleksandru Musteata Rusiyanın prezident seçkilərinə və oktyabrda Kişinyov tərəfindən təşkil edilmiş Avropa İttifaqına üzvlük referenduma müdaxiləsi ilə bağlı hesabatı təqdim edərək, deputatlara xəbərdarlıq edib ki, vəziyyət gələn il keçiriləəck parlament seçkilərində də təkrarlana bilər. Bu barədə “Politico” məlumat yayıb.

"Bu strategiya siyasi və seçki korrupsiyası, dezinformasiya və manipulyasiya, eləcə də küçə etirazları və iğtişaşlara əsaslanır" deyən Musteata Moldova kəşfiyyat xidmətlərinin ölkədə Rusiya ilə əlaqəsi ola biləcək təşkilatlara nəzarəti artırdığını vurğulayıb. O xatırladıb ki, Kremlin seçiciləri rusiyayönümlü kursu dəstəkləməyə məcbur etmək cəhdlərinə baxmayaraq, Moskvanın avropayönlü qüvvələrin qalib gəldiyi oktyabr referendumunun nəticələrinə təsir etmək üçün seçicilərin rüşvətlə alınması əsas üsullardan biri olub.

Hesabatda, həmçinin istintaqın fikrincə, seçicilərə rüşvət vermək üçün nəzərdə tutulan vəsaitlərin yuyulmasına şərait yaradan moldovalı oliqarx İlan Şorun rolundan da bəhs edilir. Və bu baxımdan, Dmitri Medvedyevin çıxışları sübut edir ki, Rusiyada nə vaxtsa, lakin çox güman ki, Moldovada parlament seçkilərinə daha yaxın olanda onlar qondarma “DMR”-də “referendum” təşkil edə bilərlər. Bu, təkcə rusiyalı həmvətənlərinə qalib hesabatlar vermək üçün deyil, həm də Tiraspoldakı hərbi bazanı qorumaq məqsədilə edilə bilər.

Ukrayna mətbuatının məlumatına görə, bu gün orada 1500-1800 nəfər xidmət göstərir. Onların böyük əksəriyyəti Rusiya vətəndaşlığını almış yerli sakinlərdir. Təxminən 900 əsgərdən ibarət iki sülhməramlı batalyon var. Həm də hərbi anbarları mühafizə edən bir batalyon var, orada "DMR"-in yerli sakinləri xidmət aparır. İstisna bir neçə ildir rotasiya olunmayan komanda heyətidir.

Rus zabitləri və ümumiyyətlə kişilər Moldovaya buraxılmır. Rusiyadan olan hərbi mühacirlər bazada rahat mənzillərdə yaşayırlar. Birbaşa “DMR” və Moldova sərhədində sülhməramlıların xidmət etdiyi onlarla post və keçid məntəqəsi var.

Burada xatırlatmaq yerinə düşər ki, ATƏT-in 1999-cu il İstanbul sammitinin qərarına əsasən, Rusiya 2002-ci ilin sonuna qədər silahları və bütün şəxsi heyəti “DMR” ərazisindən çıxarmağa söz vermişdi. Lakin o, öhdəliklərini pozdu və geri çəkilmədi. İndi isə Dmitri Medvedyevin sözlərindən sonra Rusiyanın qondarma “DMR”-in “Rusiya Federasiyasına daxil olması” ilə bağlı “referendum” keçirməyə cəhd edə biləcəyi barədə söhbətlər aktuallaşıb.

Bəli, bu ərazi Rusiya ilə həmsərhəd deyil, amma, görürük ki, heç bir konvensiya bu ölkənin rəhbərliyinə mane ola bilməz. Üstəlik, görünür, onlar Odessanı tutmaq fikrindən əl çəkmədilər. Bu da öz növbəsində Rusiya-Ukrayna müharibəsinin yaxında bitəcəyini proqnozlaşdıran ekspertlərin yanıldığına dəlalət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri