Icma.az
close
up
RU
ABŞ və Ukrayna arasındakı son saziş nə ilə nəticələnəck? AÇIQLAMA

ABŞ və Ukrayna arasındakı son saziş nə ilə nəticələnəck? AÇIQLAMA

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Maliyyə Nazirliyi ABŞ və Ukrayna arasında iqtisadi tərəfdaşlıq sazişinin imzalandığını açıqlayıb. 

Sfera.az xatırladır ki, müqaviləyə əsasən, ABŞ Ukraynaya göstərdiyi hərbi və maliyyə dəstəyi müqabilində ölkənin təbii sərvətlərinə çıxış əldə edəcək.

Saziş çərçivəsində “ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu” yaradılacaq. Bildirilib ki, bu fond Ukraynanın iqtisadi dirçəlişini sürətləndirmək məqsədi daşıyır.
Maraqlıdır ki, belə dövrdə sazişin imzalanmasının əhəmiyyəti nədir?  ABŞ-nin Ukrayna ilə münasibətləri isti dövrə qədəm qoyurmu?

Bununla bağlı saytımıza açıqlama verən politoloq Turab Rzayev müqavilənin “tarixi saziş” kimi təqdim olunmasında bir sıra vacib aspektlərin mövcudluğundan bəhs edib. 

Onun sözlərinə görə, Tramp administrasiyasının əsas məqsədlərindən biri odur ki, ABŞ uzun müddətdir Ukrayna müharibəsinə milyardlarla dollar vəsait xərcləyir:

“Lakin Trampın iddiasına görə, Avropa ölkələri bu xərcləri ya Ukraynaya borc kimi sənədləşdirir, ya da qarşılığında müəyyən imtiyazlar tələb edirlər. ABŞ isə yardımını əvəzsiz göstərir. Bu da Trampın bu xərclərin qarşılığında ABŞ üçün real fayda əldə etmək niyyətini göstərir. Digər tərəfdən, Tramp müharibənin tez bir zamanda sona çatmasını istəyir və hesab edir ki, sülh əldə olunmadan əvvəl ABŞ bu prosesdən strateji və iqtisadi baxımdan bəhrələnməlidir. Lakin bu yanaşma eyni zamanda Ukrayna üçün də böyük əhəmiyyət kəsb edə bilər. Çünki Kiyev hazırda tamamilə dağılmış infrastrukturun, çökmüş sənaye sahələrinin və zəifləyən iqtisadiyyatın bərpasına ehtiyac duyur. Ölkənin yenidən qurulması üçün yüz milyardlarla dollar sərmayə tələb olunur”.

Politoloq bu vəsaitin təmin olunması məqsədilə beynəlxalq fondların yaradılmasının nəzərdə tutulduğunu bildirib.

T.Rzayev qeyd edib ki, başlanğıc mərhələdə isə Ukraynanın təbii sərvətlərinin istismarı vasitəsilə iqtisadi canlanma və infrastrukturun bərpası mümkün olacaq:

“Tramp yalnız faydalı qazıntılarla kifayətlənmir. O, həmçinin limanların, nəqliyyat xətlərinin, su anbarlarının və Çernobıl Atom Elektrik Stansiyasının idarəçiliyində maraqlıdır. Bu obyektlərin ABŞ investisiyaları ilə inkişaf etdirilməsi Ukraynanın enerji təhlükəsizliyini gücləndirəcək və həmin ərazilərin Rusiya tərəfindən bombardman olunmasının qarşısını ala bilər”.


Ekspert vurğulayıb ki, bu yanaşma həm də sülh prosesinə olan inamı artıracaq:

“Bir tərəfdən Ukraynaya sərmayə qoyulacaq, digər tərəfdən isə ölkənin təhlükəsizliyi möhkəmlənəcək. Paralel olaraq Rusiya ilə də danışıqlar aparılır və əgər bu proses də uğurla nəticələnərsə, ABŞ hər iki ölkəyə investisiya qoyaraq regionun ümumi inkişafına töhfə verəcək. Bütün bu faktorlar nəzərə alındıqda, bu razılaşmanın “tarixi saziş” adlandırılması, Ukraynanın təhlükəsizliyi, iqtisadi sabitliyi və gələcək inkişafı baxımından tam əsaslı hesab edilə bilər”.

Fidan Hacızadə
Sfera.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 May 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri