T.Abbasov adına 225 nömrəli məktəbdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfərimizin 5 illiyi qeyd olundu
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhəri T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfərimizin 5 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissini möhkəmləndirmək, müstəqil Azərbaycanın qazandığı möhtəşəm Zəfərin tarixi və mənəvi əhəmiyyətini yeni nəslə aşılamaq olub.
Məktəbin bütün ibtidai sinif müəllimləri bu istiqamətdə böyük fəallıq göstərərək siniflərində müxtəlif mövzularda dərslər, ziyarətlər və maarifləndirici görüşlər təşkil ediblər. Onların gördüyü işlər nəticəsində şagirdlər Vətənə sevgi, dövlətə sədaqət və milli dəyərlərə bağlılıq hisslərini daha dərindən mənimsəyiblər.
İbtidai sinif müəllimlərinin fədakar fəaliyyəti sayəsində gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, xalqımızın qəhrəmanlıq tarixinin və Zəfərimizin əhəmiyyətinin uşaqlara aşılanması diqqət mərkəzində olub.
Sonda tədbirlər məktəb kollektivi və şagirdlərin birgə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşıb, Vətənimizin bütövlüyü və xalqımızın birliyi bir daha vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















