ABŞ və Venesuela Karib dənizində GPS siqnallarını pozmaqda ittiham olunur
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və Venesuela qarşılıqlı hücumların qarşısını almaq üçün Karib dənizindəki qlobal yerləşdirmə sistemini pozduğu iddia edilir.
Turkustan.az xəbər verir ki, “New York Times” qəzetinə danışan mənbələr ABŞ prezidenti Donald Tramp və Venesuela prezidenti Nikolas Maduro arasındakı gərginliyin “regionda elektron müharibənin artmasına səbəb olduğunu” iddia ediblər.
Qəzet xəbərində deyilirdi: "ABŞ və Venesuela arasında gərginliyin artması hər iki ölkənin hərbçilərini mümkün hücuma qarşı tədbir olaraq Karib dənizində peyk naviqasiya siqnallarını bloklamağa vadar edib. Bu, regionda hava və dəniz nəqliyyatı üçün toqquşma və qəza riskini artırır."
ABŞ rəsmisi bildirib ki, Stanford Universitetinin məlumatlarına görə, son aylarda Karib dənizinə yerləşdirilən bəzi ABŞ hərbi gəmilərinin yerləşdikləri ərazilərdə qlobal yerləşdirmə siqnallarına mane olduğu aşkarlanıb.
Digər tərəfdən, Spire Global peyk məlumat şirkəti tərəfindən aparılan təhlilə görə, Venesuela Silahlı Qüvvələri ABŞ-ın hərbi təzyiqinə cavab olaraq ölkənin kritik infrastrukturu, o cümlədən hərbi bazalar, neft emalı zavodları və elektrik stansiyaları ətrafında mövqe siqnallarını bloklayır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Dekabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















