Karib dənizində gərginlik artır ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Avropa Kosmik Agentliyinin (ESA) Sentinel-2 peyklərindən əldə edilən yeni görüntülər, ABŞ donanmasına məxsus "USS Iwo Jima" və "USS Gravely" gəmilərinin Venesuela sahillərinə 124 mil (təxminən 200 km) məsafəyə qədər yaxınlaşdığını təsdiqləyib.
Məlumata görə, "USS Iwo Jima" gəmisi 1 600-dən çox dəniz piyadası, həmçinin çoxsaylı "Harrier" qırıcıları, "Viper" helikopterləri və "Osprey" hava nəqliyyat vasitələri daşıyır. Bölgədə yerləşdirilən qüvvələr arasında "Tomahawk" raketləri ilə silahlanmış esmineslər və sualtı qayıqlar da var.
Karakas hökuməti bu addımı “birbaşa təxribat” adlandırıb və ABŞ-nin “sabotaj planı” həyata keçirdiyini bildirərək ölkə üzrə hərbi həyəcan vəziyyətini yüksəldib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkotik marşrutlarını tamamilə məhv edəcəyini bəyan edib. Pentaqon mənbələrinin məlumatına əsasən, hazırda Karib dənizi ərazisində 10 mindən çox ABŞ hərbçisi var.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 Noyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















