Icma.az
close
up
RU
ABŞ vitse prezidenti Ukrayna və Rusiyanın sülhə hazır olmadıqlarını bildirib

ABŞ vitse prezidenti Ukrayna və Rusiyanın sülhə hazır olmadıqlarını bildirib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 oktyabr, AZƏRTAC

ABŞ vitse-prezidenti Ceyms Devid Vens “Newsmax”a müsahibəsində deyib ki, Rusiya-Ukrayna müharibəsi aylarla sürən danışıqlara baxmayaraq davam edir, çünki tərəflərdən heç biri hələ sülh sazişi bağlamağa hazır deyil. O, bu bəyanatla oktyabrın 17-də Zelenski ilə Tramp arasında keçiriləcək görüş ərəfəsində çıxış edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Vens əlavə edib: “Birləşmiş Ştatlar Prezidentinin enerjili diplomatiyası səmərəlidir, amma son nəticədə razılaşma əldə etmək istəyən iki tərəf olmalıdır. Biz bu məsələ üzərində işləməyə davam edəcəyik, lakin ruslar və ukraynalılar razılaşa biləcəkləri nöqtədə deyillər”.

Vens qeyd edib ki, “ruslar döyüş meydanında daha üstün olduqlarını düşünürlər və bu, son aylarda danışıqları çətinləşdirdiib”.

Kremlin sözçüsü Dmitri Peskov bu yaxınlarda artan gərginliyə istinad edərək Vaşinqtonun “Tomahavk” qanadlı raketlərini Kiyevə təhvil verməsi ilə bağlı narahatlığını bildirib və sülh prosesinin “dramatik mərhələyə” qədəm qoyduğunu deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Moskva avqustda ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaska sammitində ABŞ ilə müzakirə edilən konsepsiya ilə prinsipial razılığa gəlib və Vaşinqtondan cavab gözləyir. O xəbərdarlıq edib ki, “Tomahavk” raketlərinin Ukraynaya göndərilməsi “ciddi eskalasiyaya gətirib çıxara bilər”. O, eyni zamanda, NATO-nun genişlənməsi və mübahisəli ərazilərin statusu ilə bağlı danışıqlara yenidən diqqət yetirməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri