Putin Rusiyanın Ukrayna münaqişəsində kompromislərə hazır olduğunu bildirib AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Moskva, 19 dekabr, AZƏRTAC
Rusiya Ukrayna ilə danışıqlara və kompromislərə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, siyasət kompromis sənətidir. “Rusiya danışıqlara və kompromislərə hazırdır, lakin qarşı tərəf danışıqlardan imtina edib”, - deyə V.Putin bildirib.
Putin, həmçinin vurğulayıb ki, Rusiya İstanbul razılaşmaları əsasında və “yerdə” vəziyyəti nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır. Rusiya Prezidenti qeyd edib ki, Zelenski “seçkilərə gedib legitimlik qazanarsa” onunla danışıqlar mümkündür. Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni rəhbəri ilə imzalayacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 19 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















