ABŞ vitse prezidentinin korteji mərmi atəşinə məruz qalıb,mühafizəçilər yaralanıb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Kaliforniyada Dəniz Piyadaları Korpusunun təlimləri zamanı mərmi partlayıb, ABŞ vitse-prezidentinin kortejində olan mühafizəçilər yaralanıb. Bu barədə “The Daily Beast” nəşrinə istinadən Oxuməni.az məlumat yayıb.
Kaliforniyanın Camp Pendleton şəhərində Dəniz Piyadaları Korpusunun 250-ci ildönümünü qeyd etmək üçün keçirilən canlı atəş nümayişi zamanı qəza baş verib.
M777 haubitsasından atılan 155 mm-lik mərmilərdən biri Los-Anceles və San Dieqonu birləşdirən əsas magistral olan Interstate 5 üzərində vaxtından əvvəl partladı.
Qəlpələr vitse-prezidentin təhlükəsizlik konvoyunda olan motosikletə və Yol Patrul xidmətinin avtomobilinə ziyan vurub. Heç kim ciddi xəsarət almasa da, hadisə orada olanların narahatlığına səbəb olub
Hadisədən əvvəl avtomobil yolunun bir hissəsi müvəqqəti bağlanaraq sürücülərin hiddətinə səbəb olub. Nümayiş artilleriya atəşi, paraşütlə atış, F-35 qırıcı təyyarələrinin keçidi və Navy SEAL bölmələrinin enişini əhatə edirdi.
Vitse-prezident hadisənin şahidi olub və daha sonra jurnalistlərə bildirib ki, nümayiş “korpusun gücünə və yenilməz ruhuna sübutdur”. O əlavə edib ki, dəniz piyadaları ilə görüş onda güclü təəssürat yaradıb.
Bununla belə, Demokrat Partiyasının rəsmiləri hadisəni tənqid edib. Kaliforniya qubernatoru Gavin Nevsom atışmaları “absurd güc nümayişi” adlandırıb
Hadisədən sonra Dəniz Piyadaları dərhal atışmaları dayandırıb və daxili araşdırmaya başlayıb.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Oktyabr 2025 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















