Oman sahillərində daha bir tanker mərmi atəşinə məruz qalıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oman sahillərində daha bir tanker hücuma məruz qalıb.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Omana məxsus Xasəb şəhərindən 12 dəniz mili şimalda baş vermiş insident barədə gecikmiş məlumat alıb. Hörmüz boğazının girişinə doğru hərəkət edən tanker naməlum mərminin zərbəsinə məruz qalıb”, –məlumatda deyilir.
Hadisənin avqustun 29-da baş verdiyi bildirilir. Hadisə nəticəsində xəsarət alanlar və ya ətraf mühitə ziyan dəyməsi barədə məlumat yoxdur. Tankerin adı da açıqlanmayıb.
Qeyd edək ki, BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından ötən altı ay ərzində Hörmüz boğazında gəmilərə azı 70 hücum olub və bu hücumlar nəticəsində 19 dənizçi həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 30 Avqust 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















