ABŞ xarici ölkələrdəki seçkilərin nəticələrini qiymətləndirməyi dayandırdı
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ Dövlət katibi Marko Rubio ölkənin xarici ölkələrdəki diplomatlarına göstəriş verib ki, xaricdə keçirilən seçkilərin ədalətliliyi və şəffaflığı barədə fikir bildirməsinlər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Dövlət Departamentinin daxili sənədinə istinadla məlumat yayıb.
Bildirilir ki, iyulun 17-də göndərilən təlimata əsasən, ABŞ Dövlət Departamenti artıq xaricdəki seçkilərlə bağlı Vaşinqtondan rəsmi açıqlamalar və ya sosial şəbəkə paylaşımları etməyəcək.
"Yalnız ABŞ-nin konkret və ciddi xarici siyasət maraqları olduğu hallar istisna edilə bilər", - məlumatda deyilir.
Sənəddə qeyd olunur ki, seçkilərlə bağlı şərhlər sadə və qısa olmalı, əsasən qalib gələn namizədin təbrikinə və ABŞ ilə ümumi maraqlara yönəlməlidir: "Mesajlarda həmin ölkədə seçkilərin legitimliyi, demokratikliyi və ya ədalətliliyi ilə bağlı fikir yer almamalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 18 İyul 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















