Xarici ölkələrdəki nümayəndəliklərin maaşı bu Qanunla veriləcək
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xarici ölkələrdəki ticarət nümayəndəliklərinin maaşı artıq “Diplomatik xidmət haqqında” Qanuna əsasən müəyyən ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), təminat və kompensasiyaların verilməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.5-ci və 13.15-ci maddələrinə uyğun olaraq müəyyən edilir.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsilhaqqı və bu Qanunda (“Dövlət qulluğu haqqında”) nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















