ABŞ Xarq adasına endirilən zərbə zamanı raket və mina anbarlarını məhv edib
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, CNN bu barədə ABŞ hərbi mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, zərbələr yeraltı raket saxlama bunkerlərini, dəniz minalarının anbarlarını və digər hərbi infrastrukturu hədəf alıb. Mənbə hücumun genişmiqyaslı olduğunu, lakin neft infrastrukturuna təsir göstərmədiyini vurğulayıb.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ qüvvələrinin Xarq adasındakı hərbi obyektlərə böyük zərbə endirdiyini iddia edib. O, yalnız hərbi hədəflərin bombalandığını iddia edib. Amerika lideri "adadakı neft infrastrukturunu məhv etməmək qərarına gəldiyini" bildirib.
Bunun ardınca İranın "Fars" xəbər agentliyi İranın ən böyük neft ixrac terminallarından birinin yerləşdiyi Xarq adasındakı neft infrastrukturuna zərər dəymədiyini bildirib. Onun sözlərinə görə, zərbələr Xarkada müdafiə strukturlarını, dəniz bazası, hava limanı və vertolyot anqarını hədəf alıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 14 Mart 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















