“ABŞ “sadəcə əyləncə üçün” İranın Xarq adasına daha çox zərbə endirə bilər”
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranın Xarq adasına əlavə zərbələr endirə bilər.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “NBC News” telekanalına verdiyi müsahibədə danışıb.
Tramp müsahibəsində deyib ki, ABŞ “sadəcə əyləncə üçün” İranın Xarq adasına daha çox zərbə endirə bilər.
ABŞ prezidenti əlavə edib ki, ABŞ-nin adaya endirdiyi zərbələr onun böyük bir hissəsini “tamamilə məhv edib”. Bununla belə, o bildirib ki, adanın enerji infrastrukturu hədəf alınmayıb. Trampın sözlərinə görə, bunun səbəbi həmin obyektlərin bərpasının illərlə vaxt aparmasıdır.
Daha əvvəl Tramp bildirib ki, ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardman kampaniyalarından birini həyata keçirib.
İran mediası isə adada partlayışların baş verdiyini təsdiqləyib. “Press TV” telekanalının məlumatına görə, ABŞ hava hücumları nəticəsində 15-dən çox partlayış baş verib və ərazi üzərində qatı tüstü müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:Tramp: “Sadəcə əyləncə üçün...”
15 Mart 2026 12:07
Mehr : ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
07 Aprel 2026 15:12
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
14 Aprel 2025 21:21
ABŞ İranın Larak adasına zərbə endirdi
31 Avqust 2026 00:19
İranın Xarq adasına hücumdan sonra neft bahalaşdı
16 Mart 2026 12:50
Baxış sayı:138
Bu xəbər 15 Mart 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















