Icma.az
close
up
RU
ABŞ xüsusi elçisi atəşkəslə bağlı iddiaları təkzib etdi Sülh yenidən dalana dirənir

ABŞ xüsusi elçisi atəşkəslə bağlı iddiaları təkzib etdi Sülh yenidən dalana dirənir

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın Şərq üzrə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff HƏMAS-ın guya ABŞ-nin təklif etdiyi atəşkəs planına razılıq verdiyinə dair xəbərləri təkzib edib.

Bu barədə daha əvvəl “Reuters” agentliyi HƏMAS-a yaxınlığı ilə tanınan adını açıqlamayan fələstinli məmura istinadla məlumat yaymışdı.

Stiv Uitkoff bəyan edib ki, adıçəkilən atəşkəs planı onun tərəfindən hazırlanmayıb və HƏMAS-ın razılıq verdiyi şərtlər ona aid deyil. “Reuters”-in mənbəsinə görə, plan HƏMAS-ın iki mərhələdə oktyabrın 7-dən bəri saxladığı 10 israilli girovu azad etməsi, qarşılığında isə 70 günlük atəşkəs, İsrail qoşunlarının Qəzzadan qismən çıxarılması və yüzlərlə fələstinli məhbusun azad olunmasını nəzərdə tuturdu. Lakin Uitkoff bu planı nə irəli sürdüyünü, nə də HƏMAS-la bu şərtlərlə razılaşdığını bildirib.

İsrail tərəfi isə bu təklifin tamamilə qəbuledilməz olduğunu və Uitkoffun real təkliflərini əks etdirmədiyini bildirib. Rəsmi Tel-Əviv HƏMAS-ın bu cür mərhələli planlar və ya şərtli atəşkəslə bağlı iddialarını informasiya manipulyasiyası kimi qiymətləndirir.

Xatırladaq ki, HƏMAS və İsrail arasında sonuncu atəşkəs razılaşması yanvar ayında əldə olunmuş, lakin martın 18-də İsrail tərəfindən dayandırılmışdı. Səbəb isə HƏMAS-ın bütün qalan girovları dərhal azad etməklə bağlı tələbi yerinə yetirməməsi idi. İsrail ordusununhesablamalarına görə, hazırda HƏMAS-ın əlində təxminən 50 girov var və onlardan cəmi 21-i sağdır.

HƏMAS daha əvvəl bəyan etmişdi ki, yalnız İsrail ordusunun Qəzzadan tam çıxarılacağı halda daimi atəşkəsə və girovların azad olunmasına razı ola bilər. İsrailin Baş naziri Benyamin Netanyahu isə əks mövqedədir və bəyan edir ki, müharibə yalnız HƏMAS-ın tamamilə məhv edilməsi ilə bitə bilər.

Hazırkı durumda tərəflər arasında etimadsızlıq dərinləşməkdə davam edir. HƏMAS ABŞ-nin təkliflərinə müsbət cavab verdiyini iddia etsə də, Vaşinqton bu xəbərləri təkzib edir. Bu, həm regionda informasiya savaşının davam etdiyini, həm də sülh danışıqlarında irəliləyişin olmadığını göstərir. Netanyahu hökumətinin sərt mövqeyi və HƏMAS-ın “hamısı və ya heç nə” yanaşması münaqişənin yaxın gələcəkdə siyasi həllinə ümidləri azaldır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri