Icma.az
close
up
RU
İran ABŞ ilə danışıqlar aparması ilə bağlı iddiaları təkzib etdi

İran ABŞ ilə danışıqlar aparması ilə bağlı iddiaları təkzib etdi

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran ABŞ ilə danışıqlar aparması ilə bağlı iddiaları təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, İran və ABŞ arasında birbaşa dialoq aparılmayıb.

“Sadəcə, bəzi vasitəçilər, o cümlədən Pakistan vasitəsilə bizə ABŞ-nin danışıqlara hazır olması ilə bağlı mesajlar ötürülüb”,- Bəqayi bildirib.

Bəqayi ABŞ-nin İrandan tələblərini “həddən artıq və qeyri-məntiqi” olaraq xarakterizə edib və ABŞ-ı mövqeyini tez-tez dəyişməkdə ittiham edib.

Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin İslamabaddakı görüşünə toxunan iranlı diplomat, ölkəsinin bu görüşlərdə iştirak etmədiyini vurğulayıb.

Region ölkələrinin sülhə dair narahatlığının olması təqdirəlayiq haldır, lakin hadisələrə realist nəzərlə baxmaq lazımdır. Bu müharibəni İran başlamayıb. Əksinə, İran diplomatik bir prosesin ortasında hücuma məruz qalıb. Dünya unutmamalıdır ki, İran ağıllı bir ölkə olaraq danışıqlara qoşuldu, lakin danışıqlar masasını dağıdan ABŞ oldu”,- İran XİN sözçüsü bildirib.

İranın qonşularla münasibətinə toxunan Bəqai qeyd edib ki, “İran bütün region ölkələri və Fars körfəzi ətrafındakı dövlətlərlə qonşu olmuşuq və olaraq qalacaq”.

“Bütün qonşu ölkələrlə ortaq mədəni, dini və tarixi dəyərlərə sahibik və heç vaxt qonşu ölkələri düşmən hesab etmirik. Başqaları gedir, biz və qonşularımız isə bölgədə qalırıq”,- İran XİN sözçüsü bildirib.

O, İranın ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə almasını “tamamilə əxlaqi və məntiqi” adlandırıb və bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsi ilə əsaslandırıb.

“Bütün ölkələr bilir ki, öz ərazisindən başqa bir ölkəyə hücum etmək üçün istifadəyə icazə vermək beynəlxalq qanunlara ziddir və bu, həmin ölkələri hədəfin bir hissəsinə çevirir. İranın etdiyi özünümüdafiədir və bu, heç bir ölkəyə qarşı düşmən hərəkəti kimi qəbul edilmir. Qonşu ölkələrdən gözləntimiz budur ki, beynəlxalq hüquq və normal qonşuluq münasibətləri çərçivəsində öz öhdəliklərinə sadiq qalsınlar. Bu müharibə fitnə-fəsad mənbəyi ola bilər”, - Bəqayi ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Mart 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri