ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ, Yaponiya və Koreya Respublikası dəniz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Arktika regionunda üçtərəfli tərəfdaşlıq barədə razılığa gəlib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.
"Bu gün ABŞ, Yaponiya və Koreya Respublikası dənizdə əməkdaşlığı inkişaf etdirmək, həmçinin energetika və infrastruktur da daxil olmaqla, iqtisadi layihələri həyata keçirmək üçün Arktika regionunda üçtərəfli tərəfdaşlıq qurdu", - o yazıb.
Rubio qeyd edib ki, bu tərəfdaşlığın gələcək inkişafı üçün Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri ilə sıx qarşılıqlı fəaliyyət göstərəcəyinə ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 21 Sentyabr 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















