Icma.az
close
up
RU
ABŞ, Yaponiya və Cənubi Koreya liderləri görüşüblər

ABŞ, Yaponiya və Cənubi Koreya liderləri görüşüblər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden, Yaponiyanın baş naziri Şiqeru İşiba və Cənubi Koreya prezidenti Yun Suk Yeol üçtərəfli görüş keçirib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra dərc olunan birgə bəyanatda ölkələr arasında əməkdaşlığın getdikcə artdığı qeyd olunub.

“Bu gün biz ümumi öhdəliklərimizin əlaqələndirilməsi və icrasına cavabdeh olan üçtərəfli katibliyin yaradılmasını elan edirik. Bu yeni katiblik Hind-Sakit Okeanı inkişaf edən, əlaqəli, dayanıqlı, sabit və təhlükəsiz bölgəyə çevirmək üçün birlikdə gördüyümüz işin məqsədlərimizə və fəaliyyətlərimizə daha uyğun olmasını təmin etməyə çalışacaq”, - deyə verilən məlumatda qeyd edilib.

Bəyanatda vurğulanıb ki, üç ölkə siyasi məsləhətləşmələr, məlumat mübadiləsi, birgə təlimlər, müdafiə mübadiləsi proqramları və nazirlərin görüşləri vasitəsilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirir: "Prezident Bayden ABŞ-ın Cənubi Koreya və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliklərini təkrarlayaraq, Cənubi Koreya və Yaponiya ilə ittifaqları vasitəsilə çəkindirmənin genişləndirilməsinin qarşısının alınması sahəsində əməkdaşlığı gücləndirmək əzmini vurğulayı", - deyə bildirilib.

Açıqlamada Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərmək qərarına gəldiyi xatırladılıb: “Biz Şimali Koreyanın və Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının bir çox qətnamələrini pozmasını qətiyyətlə pisləyirik. ABŞ, Yaponiya və Cənubi Koreya Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini təhlükəli şəkildə genişləndirmək qərarını qətiyyətlə pisləyir”, - deyə bəyanatda qeyd edilib. Üç ölkə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etməkdə Ukraynaya dəstək vermək əzmində olduğu vurğulanıb.

Bəyanatda BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Koreya yarımadasını nüvə silahından tamamilə təmizləmək üçün ortaq qətiyyətin davam etdiyi vurğulanıb: “Şimali Koreyanın silah köçürmələri, zərərli kiber fəaliyyət və qanunsuz kütləvi qırğın silahları, eləcə də ballistik raket proqramlarını maliyyələşdirmək üçün xaricə işçilər göndərmək kimi qeyri-qanuni gəlir əldə etmək üsullarından istifadə etməsindən ciddi narahatıq”, - deyə sənəddə qeyd edilib.

Bəyanatda bildirilir ki, Şimali Koreyanın qeyri-qanuni fəaliyyətlərinə qarşı mübarizə məqsədilə üçtərəfli əməkdaşlıq daha da artırılacaq: "Baş nazir İşiba və prezident Bayden prezident Yoonun azad, dinc və firavan Koreya yarımadası ilə bağlı mövqeyini dəstəklədiklərini vurğulayırlar", - deyə bildirilib.

Bəyanatda Hind-Sakit okean regionunda sülh və sabitliyin qorunmasının vacib olduğu qeyd edilib: "Biz Hind-Sakit okean sularında status-kvonu dəyişdirmək üçün hər hansı birtərəfli cəhdə qəti şəkildə qarşıyıq və Cənubi Çin dənizində qeyri-qanuni iddialara qarşı çıxmağın vacibliyini bir daha bildiririk", - deyilir. Bəyanatda qeyd olunub ki, ABŞ, Yaponiya və Cənubi Koreya sərhədləri BMT-nin Dəniz Hüququ Konvensiyası ilə müəyyən edilən qlobal dəniz nizamını dəstəkləyir.

“Tayvanla bağlı fundamental mövqelərimizdə heç bir dəyişiklik yoxdur. Biz boğazlararası məsələlərin sülh yolu ilə həllinə çağırırıq”, - deyə bəyanatda qeyd edilib.

Bəyanatda xatırladılıb ki, ABŞ, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli əməkdaşlıq müdafiədən başqa iqtisadiyyat, texnologiya və təhsil kimi bir çox sahədə artmaqda davam edir: “Biz qurduğumuz tərəfdaşlıqdan qürur duyuruq və inanırıq ki, ABŞ, Yaponiya və Cənubi Koreya münasibətləri gələcək illər üçün Hind-Sakit Okean regionunda sülh və sabitliyin əsasını qoyacaq”, - deyə sənəddə qeyd edilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri