Icma.az
close
up
RU
ABŞ İrana bütün bombaların anası nı atmağa hazırlaşır

ABŞ İrana bütün bombaların anası nı atmağa hazırlaşır

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası super güclü bombalardan, o cümlədən əvvəllər heç vaxt döyüş şərtlərində istifadə olunmayan "GBU-57 MOP"dan istifadə etməklə, Yaxın Şərqdəki strateji hədəflərə zərbə endirmək imkanını nəzərdən keçirir.

Oxu.Az bildirir ki, bu barədə "Axios" nəşri Pentaqondakı yüksəkrütbəli mənbələrə istinadən məlumat verib.

Onların məlumatına görə, potensial zərbənin əsas hədəfi Fordoda yerin dərinliklərində yerləşmiş nüvə obyekti ola bilər. Onun məhv edilməsi üçün ABŞ arsenalında ən güclü nüfuzedici silah olan "GBU-57 Massive Ordnance Penetrator" (MOP) bombasından istifadə edilməsi planlaşdırılır. 13,6 ton ağırlığında olan bu bomba 19 m-ə qədər dəmir-betona və qruntun 61 m-ə qədər dərinliyinə nüfuz etməyə qadirdir ki, bu da onu dərinlikdə yerləşən bunkerlərin və yeraltı tikililərin dağıdılması üçün ideal edir.

Maraqlıdır ki, "GBU-57" xüsusi olaraq 2007-ci ildə məhz İranın yeraltı nüvə obyektlərinin zərərsizləşdirilməsi üçün hazırlanıb, lakin indiyə qədər heç vaxt real döyüş əməliyyatlarında istifadə olunmayıb. Belə bir bombanın dəyəri təxminən 16 milyon dollar olaraq qiymətləndirilir. "MOP"dan başqa, ABŞ hərbi komandanlığı həmçinin "GBU-43/B MOAB" ("Massive Ordnance Air Blast") yüksəkpartlayıcı aviabombasından istifadə imkanını nəzərdən keçirir ki, bu, qeyri-rəsmi olaraq "bütün bombaların anası" ləqəbini alıb. Bu, təxminən 11 tonn trotil ekvivalenti ilə ABŞ arsenalında ən güclü qeyri-nüvə silahıdır. "MOP"dan fərqli olaraq, "MOAB" artıq döyüş təcrübəsinə malikdir - 2017-ci ilin aprelində Əfqanıstanın Nanqarhar əyalətində İŞİD terror qruplaşmasının yeraltı tunellər şəbəkəsinə atılıb. Rəsmi məlumatlara görə, həmin zərbə 90-dan çox silahlının və yeraltı infrastrukturun tamamilə məhv edilməsi ilə nəticələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyun 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri