Icma.az
close
up
RU
ABŞ yəhudiləri 28 Mayı qeyd ediblər

ABŞ yəhudiləri 28 Mayı qeyd ediblər

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nyu-Yorkda Azərbaycan Respublikasının 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, gecənin təşkilatçısı Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcması və “Amerikadakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov olub.

Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcmasından verilən məlumata görə, bayram tədbiri məşhur “Davidzon Radio”nun teatr salonunda təşkil olunub. Tədbirdə Azərbaycan və yəhudi diasporunun nümayəndələri, ictimai xadimlər, həmçinin Azərbaycanın tarixi və mədəniyyətinə maraq göstərən Nyu-York sakinləri iştirak ediblər.

Qonaqlar arasında Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Rəşad Eyvazov, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşları Tale Əliyev və Elçin Baxşəliyev, eləcə də “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Niktalov yer alıb.

Tədbirin rəsmi hissəsi Azərbaycan və ABŞ dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra “Amerikadakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov Azərbaycanın Müstəqillik Günü münasibətilə Nyu-York ştatının rəhbərliyi adından təqdim olunmuş təbrik proklamasiyasını səfirliyin birinci katibi Rəşad Eyvazova təqdim edib.

Tədbirin aparıcısı, Nyu-Yorkdakı Azərbaycan əsilli gənclər təşkilatının üzvü Fərid Axundov Azərbaycan istiqlal tarixinə qısa ekskurs edib, müstəqil dövlətçiliyin əhəmiyyətindən danışıb.

İsraildə yaşayan Azərbaycan diasporunun fəallarından biri, “Azİz” Assosiasiyasının vitse-prezidenti və İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman da iştirakçıları bayram münasibətilə təbrik edib. O, İsraildə nəşr olunmuş “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabını təqdim edib.

Qeyd olunub ki, kitab Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət vəzifələrində çalışmış, ictimai fəaliyyətlə məşğul olmuş tanınmış yəhudilər haqqında ensiklopedik məlumatlardan ibarətdir. Nəşrdə Azərbaycandakı çoxəsrlik tolerantlıq ənənələri, eləcə də yəhudi icmasının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolu əksini tapıb.

Kitabın təqdimatından sonra qonaqlara azərbaycanlı rejissor Rüfət Əsədovun “Sevgimizin yolları” adlı sənədli filmi nümayiş etdirilib. “Sholumi Mərkəzi”nin istehsalı olan ekran əsərinin prodüseri Şaul Siman-Tovdur.

Film Azərbaycan və İsrail xalqları arasındakı dostluq və tolerantlıq münasibətlərindən bəhs edir. Ekran əsərində fərqli dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanıbn nümunəvi multikultural mühitində birgəyaşayışı, fərqli millətlərə mənsub olan Mixail və Yeganə Salmanların əbədi sevgi hekayəsi təqdim olunur.
Filmdə, həmçinin, İsraildəki diaspor həyatı, Vətən sevgisi və mədəni əlaqələr əsas xətt kimi önə çıxır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 May 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri