ABŞ Zelenskini hakimiyyətdən uzaqlaşdırmağa çalışır
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp artıq Ukrayna Prezidenti Volodimir Zelenskini sülhə mane olmaqda və müharibənin başa çatdırılması prosesinə əngəl yaratmaqda ittiham edir. Trampın özü ilə yanaşı, vitse-prezident Cey Di Vens və administrasiyanın digər rəsmiləri də Ukraynada siyasi dəyişikliklər məsələsini gündəmə gətiriblər. Bu yanaşma Zelenski üçün ciddi siyasi təzyiq deməkdir”.
Bunu Gununsesi.info -ya açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib:
“Görünən odur ki, ABŞ-nin Ukrayna siyasətində ciddi dönüş baş verib. Vaşinqtonun mövqeyi getdikcə Ukraynanın Rusiyaya ərazi güzəştləri etməsi və Donbas məsələsində Moskvanın tələblərini nəzərə alması istiqamətində formalaşır. ABŞ administrasiyasının yanaşması ondan ibarətdir ki, Kiyev müharibənin dayandırılması və atəşkəsin əldə olunması üçün müəyyən güzəştlərə getməlidir. Lakin belə bir yanaşma Ukraynanın suverenliyi və ərazi bütövlüyü baxımından ciddi suallar doğurur.
ABŞ-nin vaxtilə Ukraynanın Qərbə inteqrasiyasını dəstəkləməsi, ölkədə demokratik dəyişikliklərə siyasi dəstək verməsi fonunda indiki mövqeyi xüsusilə diqqət çəkir. Vaşinqtonun Kiyevə təzyiq göstərərək onu Moskva ilə razılaşmağa sövq etməsi beynəlxalq münasibətlər sistemində yeni siyasi reallıqlar yarada bilər. Bu, eyni zamanda, beynəlxalq təhlükəsizlik arxitekturasına və dövlətlərin ərazi bütövlüyü prinsipinə mənfi təsir göstərə bilər. Belə bir ssenari Rusiyanın geosiyasi mövqelərini gücləndirməklə yanaşı, digər dövlətlər üçün də təhlükəli presedent yarada bilər.
Donald Trampın siyasəti faktiki olaraq Rusiyanın qarşısında geri çəkilmə təsiri bağışlayır. Bununla belə, Avropa İttifaqı, Böyük Britaniya, Fransa və Almaniyanın Ukraynaya dəstəyi Vaşinqtonun Kiyevə təzyiqlərinin nəticələrini müəyyən dərəcədə məhdudlaşdıra bilər. Avropa ölkələrinin əsas məqsədi Ukraynanın təhlükəsizlik maraqlarının qorunması və mümkün sülh razılaşmasının birtərəfli güzəştlər əsasında formalaşmasının qarşısını almaqdır.
3 noyabrda keçiriləcək ABŞ Konqresinə aralıq seçkilər Tramp administrasiyasının xarici siyasətinə də təsir göstərə bilər. Respublikaçıların seçkilərdə ciddi itkilərlə üzləşməsi Trampın Ukrayna siyasətinə yenidən baxılması ilə bağlı siyasi təzyiqləri artıra bilər”.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Oktyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















