ABŞda Salmonella həyəcanı: İt yemi geri çağırıldı
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
ABŞ Qida və Dərman İdarəsi (FDA) salmonella ilə çirklənmə səbəbiylə 19 ştatda satılan məşhur it yeməyini geri çağırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamada məhsulların onlayn mağazalarda satıldığı bildirilib. Salmonella bakteriyası həm heyvanlar, həm də insanlar üçün ciddi sağlamlıq riski yarada bilər.
FDA müştərilərə dərhal istifadəni dayandırmağı və məhsulu geri qaytarmağı tövsiyə edib.
Bildirilib ki, bu geri çağırış ciddi sağlamlıq problemləri yarada biləcək potensial təhlükənin qarşısını almaq üçün edilib.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin hesablamalarına görə, salmonella hər il ABŞ-da təxminən 1,35 milyon infeksiyaya, 26,500 xəstəxanaya yerləşdirilməyə və 420 ölümə səbəb olur.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 20 Dekabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















