Icma.az
close
up
RU
ABŞdan Bakıya gözlənilən məktub: Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?

ABŞdan Bakıya gözlənilən məktub: Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Məlum olduğu kimi yanvarın 20-sində, yəni 13 gün sonra ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi baş tutacaq. Mərasimə bir neçə ölkə liderinin dəvət olunacağı gözlənilir. Siyahıda Azərbaycanın yer alıb-almayacağı da sual doğurur.

Globalinfo.az-ın sorğusuna Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə belə cavab verib:

“Bu cür mərasimlərdə adətən ABŞ-dakı səfirimiz iştirak edir”.

Siyasi şərhçi Anar İsayev isə deyib ki, Azərbaycan və ABŞ arasında münasibətlər hər zaman müsbət olub:

“Bu münasibətlər Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan etibarən davam edir. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən ABŞ şirkətləri də Azərbaycan neftindən öz payını almışdı. Həmin dövrdən iki ölkə arasında iqtisadi tərəfdaşlıq sonradan siyasi əlaqələrə qədər gəlib çıxmışdı.

Son dövrlər Co Bayden administrasiyasının təxminən 60-a yaxın senatorunun Azərbaycana qarşı hər hansı bir qətnamənin qəbul olunması təşəbbüsü ilə çıxış etməsi rəsmi Vaşinqton və Bakı arasında olan münasibətlərin pozulmasına səbəb olacağı haqqında fikirlər səsləndirilirdi. Lakin ABŞ və Azərbaycan arasında olan siyasi, iqtisadi əməkdaşlıq həm də strateji əməkdaşlığın yaranmasına gətirib çıxardıb. Rəsmi Vaşinqtonun xarici siyasət prioritetində Azərbaycanla münasibətlərin pozulması yoxdur.

Anar İsayev

2020-ci ildə Azərbaycan öz ərazilərini erməni işğalçılarından azad edərkən, ABŞ-da Donald Tramp hakimiyyətdə idi. O zaman Vaşinqtonun susqunluğu elə Bakının haqq səsindən yana çıxış etmək mənasına gəlirdi.

44 günlük müharibədən sonra Cənubi Qafqazda fərqli siyasi mənzərə yaranmışdır. Azərbaycanın Cənubi Qafqazda önəmi müstəsna yerə gəlib. Ölkəmiz hərbi potensialı, iqtisadi, demoqrafik gücü ilə bölgənin vahid lideri səviyyəsindədir”.

Anar İsayevin sözlərinə görə, hər bir dünya dövləti Azərbaycanla əməkdaşlıqda maraqlıdır:

“Böyük Yaxın Şərq layihəsində İsrail və ABŞ üçün İran məsələsi də yer alır. İranın qonşu ölkəsinin Azərbaycan olduğunu nəzərə alsaq, ABŞ-ın ölkəmizlə daha sıx əlaqələr qurması üçün vacib amildir. Ona görə də Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi üçün ölkə rəsmilərinə ABŞ-da keçiriləcək andiçmə mərasimində iştirak üçün dəvət göndəriləcək”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri