Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Heydər Əliyev Vaşinqtona nəyi sübut etmişdi?

Heydər Əliyev Vaşinqtona nəyi sübut etmişdi?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanın müasir siyasi tarixində elə məqamlar var ki, onları faktlar dilə gətirir. Heydər Əliyevin siyasi fəaliyyətində belə məqamlardan biri Azərbaycanın beynəlxalq arenada, xüsusilə Qərb dünyasında tanınması və qəbul edilməsidir. 
SSRİ dağıldıqdan sonra Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan qeyri-müəyyən bir mərhələyə daxil olmuşdu. 1990-cı illərin əvvəllərində ölkə daxilindəki böhran, Qarabağ müharibəsi və hakimiyyət dəyişiklikləri fonunda Azərbaycan beynəlxalq sistemdə hələ tam tanınmayan, riskli bölgə kimi qəbul edilirdi. Məhz belə bir vaxtda Heydər Əliyevin hakimiyyətə qayıdışı həm də Azərbaycanın xarici siyasət kursunun müəyyənləşdirilməsi idi.
Heydər Əliyevin əsas siyasi qərarlarından biri Azərbaycanın enerji resurslarını beynəlxalq münasibətlərin mərkəzinə çevirmək oldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin iqtisadi tərəflərindən çox danışmaq olar, lakin proses bununla bitmirdi. Heydər Əliyevin müəllifi olduğu bu müqavilə Azərbaycanı ilk dəfə olaraq ABŞ və Avropa şirkətlərinin strateji maraq dairəsinə daxil etdi. 


1997-ci ildə Heydər Əliyevin ABŞ-ə rəsmi səfəri bu baxımdan dönüş nöqtələrindən biri hesab olunur. O, Ağ Evdə ABŞ Prezidenti Bill Klintonla görüşən ilk Azərbaycan prezidenti oldu. Bu görüş ABŞ administrasiyası Azərbaycanı Cənubi Qafqazda enerji təhlükəsizliyi və geosiyasi balans baxımından vacib tərəfdaş kimi görməyə başlamışdı. Lakin bununla bitmirdi...
1997-ci ilin yayında Ağ Evdə baş tutan bir görüş Azərbaycanın gələcək xarici siyasət trayektoriyasını müəyyənləşdirən hadisələrdən biri idi. ABŞ Prezidenti Bill Klinton ilə Azərbaycan Prezidenti Heydər Əliyev arasında keçirilən görüş o dövr üçün sıradan diplomatik protokol deyildi. Bu, Vaşinqtonun yeni müstəqillik qazanmış Azərbaycanı ilk dəfə ciddi geosiyasi tərəfdaş kimi qəbul etməsinin göstəricilərindən biri idi.
1990-cı illərin ortalarında Azərbaycan hələ də postsovet məkanının qeyri-sabit ölkələrindən biri hesab olunurdu. Qarabağ müharibəsinin nəticələri, iqtisadi böhran və regiondakı güc mübarizəsi fonunda Qərbin Azərbaycana münasibəti ehtiyatlı idi. Lakin Heydər Əliyevin siyasi təcrübəsi və şəxsi nüfuzu bu münasibətin dəyişməsində ciddi rol oynadı.


O dövrdə Vaşinqtonda Heydər Əliyevə münasibət sırf Azərbaycan prezidenti kimi deyildi. ABŞ siyasi dairələri onun SSRİ rəhbərliyində çalışmış, Kremlin ən yüksək eşelonuna qədər yüksəlmiş nadir siyasi fiqurlardan biri olduğunu yaxşı bilirdi. Sovet İttifaqında Politbüro üzvü olmaq həm də böyük idarəçilik məktəbi demək idi. ABŞ administrasiyası anlayırdı ki, qarşılarında regional siyasəti, Moskvanın düşüncə tərzini və beynəlxalq güc balansını dərindən bilən təcrübəli lider dayanıb.
Məhz buna görə Heydər Əliyevin Vaşinqton səfəri zamanı ona münasibətdə xüsusi siyasi diqqət hiss olunurdu. Bill Klintonla görüşlərdə əsas mövzular enerji təhlükəsizliyi, Xəzər hövzəsi və regionun gələcək geosiyasi arxitekturası idi. ABŞ artıq anlayırdı ki, Azərbaycan təkcə neft ölkəsi deyil. O, Rusiya, İran və Türkiyə arasında yerləşən strateji keçid nöqtəsidir.
Heydər Əliyevin həmin dövrdə nümayiş etdirdiyi siyasi davranış modeli Qərbdə maraq doğururdu. O, nə populist ritorikadan istifadə edir, nə də emosional çıxışlarla diqqət çəkməyə çalışırdı. Soyuq müharibə dövrünün siyasi məktəbindən gələn biri kimi daha çox hesablanmış və praqmatik danışırdı. Bu isə Vaşinqton üçün tanış və anlaşılan siyasi üslub idi.


Ağ Evdəki görüşlərdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başladı. “Əsrin müqaviləsi”ndə iştirak edən Amerika şirkətlərinin sayı artdı, Bakı-Tbilisi-Ceyhan layihəsinə siyasi dəstək gücləndi. ABŞ administrasiyası artıq Azərbaycanın müstəqilliyinin qorunmasını regional siyasətin bir hissəsi kimi görürdü.
Heydər Əliyev Azərbaycan Qərb üçün “naməlum postsovet ölkəsi” statusundan çıxardı. O, Azərbaycanı beynəlxalq siyasi masada görünən dövlətə çevirməyə çalışırdı. Bunun üçün isə yalnız enerji resursları kifayət etmirdi. Burada liderin şəxsi çəkisi, siyasi əlaqələri və diplomatik təcrübəsi də rol oynayırdı.
Heydər Əliyevin xarizması haqqında müxtəlif fikirlər səslənib. Amma onu fərqləndirən əsas xüsusiyyət auditoriyanı emosional çıxışlarla deyil, siyasi ağırlığı ilə inandırması idi. İllərdir formalaşmış idarəçilik təcrübəsi ona dünya liderləri ilə bərabər səviyyədə danışmaq imkanı verirdi. Vaşinqton da bunu hiss edirdi.
ABŞ siyasi dairələri üçün vacib məqamlardan biri də Heydər Əliyevin Azərbaycanın gələcəyini Qərblə əməkdaşlıqda görməsi idi. O anlayırdı ki, müstəqilliyini yeni qazanmış dövlətin təhlükəsizliyi yalnız regional balans və beynəlxalq tərəfdaşlıqlarla mümkündür. Bu səbəbdən onun xarici siyasəti emosional anti-Qərb və ya anti-Rusiya xətti üzərində qurulmurdu. Əsas məqsəd Azərbaycanın maraqlarını böyük güclər arasında qorumaq idi.

1997-ci ildə Bill Klintonla keçirilən görüşdən sonra Vaşinqton artıq Heydər Əliyevə təkcə postsovet məkanının liderlərindən biri kimi baxmırdı. ABŞ administrasiyası anlayırdı ki, qarşılarında regionun siyasi balansını hesablaya bilən, Moskvanı, Qərbi və Yaxın Şərqi eyni anda oxumağı bacaran təcrübəli dövlət xadimi dayanıb. Bu münasibətin davamı isə bir neçə il sonra daha aydın görünəcəkdi.

2001-ci il aprelin 9-da Heydər Əliyev yenidən ABŞ-ə səfər etdi. Bu dəfə beynəlxalq gündəm daha mürəkkəb idi. Regionda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı diplomatik proseslər aktiv fazaya keçmişdi və Vaşinqton Cənubi Qafqazda daha ciddi rol oynamağa çalışırdı. ABŞ Prezidenti Corc Buş ilə keçirilən görüş də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı.

Bu səfər artıq Azərbaycanın özünü tanıtmaq mərhələsindən fərqlənirdi. Heydər Əliyev Vaşinqtona bu dəfə regional proseslərin bir tərəfi deyil, həmin proseslərə təsir edə bilən siyasi lider kimi gedirdi. Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ məsələsi, regional təhlükəsizlik və enerji layihələri Ağ Evdə aparılan danışıqların əsas mövzularına çevrilmişdi.


Bu siyasi xətt sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən fərqli beynəlxalq şərtlər daxilində davam etdirildi. Əgər Heydər Əliyev Azərbaycanın Qərb dünyasına çıxış qapısını açmışdısa, İlham Əliyev artıq həmin münasibətləri daha sərt və mürəkkəb geosiyasi mərhələdə qorumağa və genişləndirməyi bacardı.
Vaşinqtonda Azərbaycan rəhbərliyinə münasibətdə diqqət çəkən məqamlardan biri də İlham Əliyevin regional proseslərdə nəticəyə hesablanan siyasətçi kimi qəbul olunması idi. ABŞ siyasi dairələri üçün Cənubi Qafqaz uzun illər riskli və idarəolunması çətin region sayılıb. Belə şəraitdə Azərbaycan rəhbərliyinin daxili sabitliyi qoruması, enerji və nəqliyyat layihələrini davam etdirməsi Vaşinqtonda ayrıca izlənilən məsələlərdən biri idi.

Bu kontekstdə 8 avqust sazişi və onun ətrafında formalaşan diplomatik proseslər də diqqət çəkirdi. Həmin mərhələdə Azərbaycan regionda artıq hadisələrə reaksiya verən deyil, proseslərin formalaşmasında iştirak edən tərəf kimi çıxış edirdi. ABŞ administrasiyasının da Bakıya münasibətində bu dəyişiklik hiss olunurdu.
Donald Trampın İlham Əliyevi “əsl lider” kimi xarakterizə etməsi də təsadüfi siyasi kompliment kimi qəbul edilmədi. Çünki Vaşinqtonda lider anlayışı daha çox idarəetmə bacarığı, siyasi sabitlik və strateji nəticələr üzərindən qiymətləndirilir. ABŞ administrasiyası üçün Azərbaycan rəhbərliyinin əsas fərqləndirici cəhətlərindən biri regionda dəyişən şərtlərə uyğun manevr edə bilməsi idi.


Əslində, burada maraqlı olan başqa bir məqam da var. Heydər Əliyev dövründə Vaşinqton Azərbaycanın potensialını görməyə çalışırdısa, İlham Əliyev dövründə artıq Azərbaycan regionun siyasi və iqtisadi xəritəsində formalaşmış aktor kimi qəbul edilirdi.
Beləliklə, Heydər Əliyevin açdığı siyasi xətt  Azərbaycanın beynəlxalq sistemdə öz yerini müəyyənləşdirməsinin davamlı strategiyasına çevrildi və İlham Əliyev tərəfindən yeni geosiyasi reallıqlara uyğun şəkildə davam etdirildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 May 2026 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see375

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see333

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see323

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see293

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see291

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see287

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see267

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see249

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see217

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see187

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri