Icma.az
close
up
RU
“Abşeron” mədə bağırsaq təyinatlı sanatoriyasında şərait yaxşılaşdırılıb, müasir tibbi avadanlıqlarla təchiz olunub

“Abşeron” mədə bağırsaq təyinatlı sanatoriyasında şərait yaxşılaşdırılıb, müasir tibbi avadanlıqlarla təchiz olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması, istirahətinin səmərəli təşkili üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir, sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında da əsaslı təmir-bərpa işləri aparılıb, şərait yaxşılaşdırılıb. Konfederasiyanın və müxtəlif dövlət orqanlarının rəhbər şəxsləri, deputatlar sanatoriyada görülmüş işlərlə tanış olublar.

Bildirilib ki, sanatoriyanın müalicə korpusu tam təmir olunub, müasir standartlara cavab verən yeni müayinə otaqları istifadəyə verilib və tibbi avadanlıqlarla təchiz edilib. Həmçinin korpusda yerləşən yataq otaqları da müasir üslubda təmir olunub, yeni otaqlar yaradılıb, liftlər quraşdırılıb. Sanatoriyanın elektrik təsərrüfatı yenilənib, buranı elektrik enerjisi ilə təmin edən 550 kVA gücündə generator quraşdırılıb.

Ərazidə daxili avtomobil yollarına yeni asfalt örtüyü çəkilib, kanalizasiya xətləri yenilənərək ümumi kollektor sisteminə qoşulub. Bundan əlavə, sanatoriyada Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları quraşdırılıb. Sanatoriyanın ərazisində ağac və bəzək kolları əkilib, suvarma sistemləri ilə təmin olunub. Sanatoriyada tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun həyata keçirilir.

Tədbir iştirakçıları sanatoriyanın ərazisi, müalicə və istirahət şəraiti ilə yaxından tanış olublar.

Məlumat verilib ki, 16,9 hektar sahədə yerləşən “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyası 212 çarpayılıqdır. Burada iki yataq və bir müalicə korpusu, konfrans zalı, klub və rəqs meydançası fəaliyyət göstərir. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və digər müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.

Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, tübaj və parafin terapiyası, eləcə də təbii palçıq vasitəsilə müalicə və digər prosedurlar daxildir. Sanatoriya ilboyu xidmət göstərir. 2025-ci il yanvarın 1-dən bu günədək 1000-ə yaxın həmkarlar ittifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri